"Akkuyu"nun tikintisinə başlanıldı

© Sputnik / Uliana Solovyova / Mediabanka keçidАЭС
АЭС - Sputnik Azərbaycan
Abunə olmaq
"Rosatom" AES-in tikintisinə dair tam icazəni 2018-ci ilin martında alacaq

BAKI, 10 dekabr — Sputnik. Bu gün Türkiyənin Mersin şəhərində ölkədə ilk olan "Akkuyu" atom elektrik stansiyasının tikintisinə başlanılıb. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, təntənəli təməlqoyma mərasimində Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının ("Rosatom") baş direktoru Aleksey Lixaçev və Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin birinci müavini Fateh Dönməz iştirak edib.

Lixaçevun sözlərinə görə, AES Rusiya və Türkiyə arasında münasibətlərin inkişafının iqtisadi qarantı kimi çıxış edəcək.

"Qeyd etmək lazımdır ki, "Rosatom" stansiyanın sahibi olacaq. Biz bir tərəfdən etibarlı və təhlükəsiz istismarı təmin edəcək, digər tərəfdən isə bura kommersiya baxımından səmərəli olan elektrik enerjisi tədarük edəcəyik. Həmçinin yeni iş yerləri yaradacaq bu layihə iki ölkə arasında münasibətlərin inkişafının iqtisadi qarantı kimi çıxış edəcək" — deyə o əlavə edib.

Fatih Dönməzin sözlərinə görə, "Rosatom" AES-in tikintisinə dair tam icazəni 2018-ci ilin martında alacaq.

Dəyəri 20 milyard dollar qiymətləndirilən layihə çərçivəsində ümumi gücü 4800 MVt olan SSER-1200 reaktorlu dörd enerji blokunun tikintisi nəzərdə tutulur.

Xəbər lenti
0