İvankta Tramp, Donald Tramp və Cared Kuşner, 16 oktyabr 2017-ci il

Qüds qərarı Trampındır, yoxsa İvankanı yəhudi edən kürəkəni Kuşnerin?

384
(Yenilənib 23:02 10.12.2017)
Trampın Yaxın Şərq üzrə müşavirlərinin başında kürəkəni Cared Kuşner durur. Yəhudi olan Kuşner ortodoksal iudaizmə bağlılığı ilə məşhurdur

BAKI, 10 dekabr — Sputnik. "ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarını heç bir siyasi bacarığı olmayan dar çərçivəli şəxslərin güclü təsiri altında qəbul edib". Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, məşhur rusiyalı şərqşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri Vitali Naumkin qərarın son dərəcə xoşagəlməz, o cümlədən ABŞ-ın özü üçün yaxşı olmayan nəticələrə səbəb olacağını vurğulayıb.

Xatırladaq ki, Tramp bir neçə gün öncə Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. Bundan sonra bütün dünyada bu qərara etirazlar başlayıb. Dünya, o cümlədən Avropa liderləri, BMT, ABŞ-ın qərarını tənqid edib. Fələstində isə insan ölümü ilə nəticələnən toqquşmalar başlayıb.
Naumkin deyir ki, Trampın ətrafında onun Yaxın Şərq siyasətini müəyyən edən bacarıqsız adamlar var: "Onların adı da, elə onların marağı da hamıya məlumdur. Onlardan ən azı 3 nəfəri İsraildə qatı sağçıların tərəfdarıdır".

Şərqşünas amerikalı analitiklərdən birinin Trampın müşavirləri haqqında dediyi sözləri də xatırladıb: "Onlar özlərinin sabun köpüyündə yaşayırlar. Bu, misli görünməmiş bacarıqsızlıqdan irəli gəlir".

İctimai rəyin öyrənilməsi isə göstərib ki, amerikalıların 81 faizi Trapmın qərar qəbul edən zaman bacarıqsız ailə üzvləri və şəxsi hüquqşünaslarına deyil, Yaxın Şərq üzrə mütəxəssislərlə məsləhətləşməsini istəyir.

Maraqlıdır ki, Trampın Yaxın Şərq üzrə müşavirlərinin başında kürəkəni Cared Kuşner durur. Yəhudi olan Kuşner ortodoksal iudaizmə bağlılığı ilə məşhurdur. Onun bu bağlılığı o qədər böyükdür ki, Trampın qızı İvanka onunla ailə həyatı qurmaq üçün iudaizmi qəbul edib…

384
Teqlər:
Vitali Naumkin, ABŞ prezidenti Donald Tramp, Cared Kuşner, İvanka Tramp, yəhudi, Qüds, İsrail, paytaxt
Mövzu:
Qüds ətrafında baş verən son hadisələr (20)
Əlaqədar
İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır
Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
"Qüds gedişi" Trampı xilas etdi
Türkiyə hökuməti Qüdsdəki gərginliklə bağlı açıqlama verdi
Qüdsdə "Qəzəb Cüməsi"dir
Aktrisa Alissa Milano, arxiv şəkli

COVID-19 bu amerikalı ulduzdan da yan keçmədi

17
(Yenilənib 22:42 11.08.2020)
"Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Dünyanı cənginə alan koronavirus (COVID-19) bəlası Amerikanın məşhur aktirisası Alissa Milanodan da yan keçməyib.

Virus nəticəsində aktirisanın saçları tökülüb. Ulduz saçının necə töküldüyünü göstərmək üçün instaqram səhifəsində video paylaşıb. Tanınmış aktirisa izləyicilərini maska taxmağa çağırdı. Milano, xəstəlik simtonlarını aprel ayında hiss etməyə başlayıb. Virusa görə test etdirən aktirasanın nəticələri pozitiv çıxıb. Xəstəliyinin hələ də davam etdiyini bildirən aktirisa bunları deyib: "Bu vaxta qədər belə bir xəstəlik görmədim. Hər yerim ağrıyır. Qoxu duyğumu itirmişəm. Sanki sinəmin üstündə fil oturub, nəfəs ala bilmirəm"

Qeyd edək ki, A.Milano "Kommando", "Alatoranlıq vaxtı", "Şöhrətin parıltısı", "Gəlini öp", "Patologiya", "Köhnə Yeni il", "Qorxu" və s. filmlərində rol alıb.

17
Beyrutda partlayış, arxiv şəkli

Beyrutda ölənlərin sayı yenə artdı

12
(Yenilənib 19:45 11.08.2020)
İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

BAKI, 11 avqust — Sputnik. Beyrut limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 171-ə çatıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda, həmçinin qeyd olunub ki, daha 30-40 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, avqustun 4-ü Beyrutda güclü partlayışlar baş verib. Biri digərindən güclü olan iki partlayış şəhərin liman hissəsində yerləşən anbar binalarında baş verib.

İlkin versiyaya görə, limanda 2750 ton ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) saxlanılırmış. Seysmoloji stansiyalar Rixter şkalası üzrə təxminən 5 ballıq partlayış gücünü qeydə alıb.

Güclü partlayışlar nəticəsində həlak olanların sayı artıq 100 nəfəri ötüb, dörd mindən çox adam yaralanıb. Bununla yanaşı, Livan hakimiyyəti çoxlu sayda itkin düşmüş şəxslərin olması səbəbindən qurbanların sayının artacağını gözləyir.

12
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

0
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

0