Salvador Sobral

Məşhur müğənni ağır əməliyyat olundu: yeni ürək köçürüldü

838
(Yenilənib 12:25 10.12.2017)
Həkimlər əməliyyatın uğurlu olduğunu bildiriblər

BAKI, 10 dekabr — Sputnik. "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi olan portuqaliyalı Salvador Sobral cərrahiyyə əməliyyatına məruz qalıb. Sputnik Azərbaycan RİA novosti-yə istinadən xəbər verir ki, ona donor ürəyi köçürülüb.

Əməliyyat hələ dekabrın 8-də keçirilib. Həkimlər əməliyyatın uğurlu olduğunu bildiriblər. Bundan sonra müğənni uzun reabilitasiya kursu keçməlidir.

Sobral reanimasiyaya sentyabrın sonunda düşüb. Portuqaliyanın RTP telekanalı xəbər verir ki, o zaman müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv edib və səhnədən getdiyini açıqlayıb.

Xatırladaq ki, S.Sobral "Amar Pelos Dois" mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi elan edilmişdi.

838
Teqlər:
Salvador Sobral, ürək, "Eurovision-2017", Portuqaliya, əməliyyat, qalib
Əlaqədar
Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişdi
Baş köçürmə əməliyyatı yalan çıxdı
Ucarda əməliyyat başa çatıb
Dünya kinosunun əfsanəsi əməliyyat olundu
Senator Con Makkeyn beyin əməliyyatı keçirib