Malayziya ordusunun əsgərləri, arxiv şəkli

İsrailə müharibə hədəsi: Ordu Qüds üçün borcunu verməyə hazırdır

1478
(Yenilənib 12:02 10.12.2017)
Liderlərin önə keçərək qərar verdiyi halda, Malayziya Silahlı Qüvvələri Qüdslə bağlı borcunu yerinə yetirməyə hazırdır

BAKI, 10 dekabr — Sputnik. Malayziya müdafiə naziri Qüdslə bağlı bəyanatla çıxış edib. Sputnik Azərbaycan "Haber7"-yə istinadən xəbər verir ki, Hishammuddin Tun Hüseyin Malayziya Silahlı Qüvvələrinin Qüds üçün vəzifəsini yerinə yetirməyə hazır olduğunu bildirib.

Partiyasının toplantısında çıxış edən Hüseyin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıma qərarını müsəlmanlara vurulan zərbə kimi dəyərləndirib: "Müsəlman ölkələr olaraq, həmişə ədalətsizliyə qarşı çıxmağa hazır olmalıyıq. Liderlərin önə keçərək qərar verdiyi halda, Malayziya Silahlı Qüvvələri Qüdslə bağlı borcunu yerinə yetirməyə hazırdır".

1478
Teqlər:
Hishammuddin Tun Hüseyin, hazırlıq, müdafiə naziri, Qüds, Malayziya, ordu
Mövzu:
Qüds ətrafında baş verən son hadisələr (20)
Əlaqədar
Malayziya sahillərində gəmi batıb, 15 nəfər itkin düşüb
Malayziya “Boeing”inin müəmması
Yenə miqrantları daşıyan gəmi batdı: bu dəfə Malayziyada
"Statoil" TAP-dakı payını malayziyalılara satır
Malayziyada zəlzələ nəticəsində həlak olanların sayı 19-a çatıb