Əli qandallı qız, arxiv şəkli

Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı

1545
(Yenilənib 12:23 10.12.2017)
Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəyib

BAKI, 9 dekabr — Sputnik. Reqbi üzrə İtaliyanın milli komandasının keçmiş üzvü Andrea Bennattinin həyat yoldaşı Antonella Barbieri iki uşağını öldürdükdən sonra intihara cəhd edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olan Antonella Barbieri  dekabrın 7-də 2 yaşlı qızını boğub, daha sonra 7 yaşlı oğlunu çay kənarında bıçaqlayaraq öldürüb.

Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəyib. Hadisənin şahidi olan vətəndaş polisə xəbər verib. Polislər hadisə yerinə gələrək Antonellanı xəstəxanaya aparıblar. Faktla bağlı araşdırma aparılır.

1545
Teqlər:
reqbi, həyat yoldaşı, qətl, uşaqlar, idmançılar
Əlaqədar
Müsəlman qətliamına göz yuman liderin mükafatı geri alındı
Qətl törədən məmur övladı ilə bağlı qərar dəyişdirildi
Vəziyyət gərginləşdi, keçmiş prezident qətlə yetirildi - FOTO
Azərbaycanlı məşhur biznesmen qətl ittihamlarına cavab verdi
Azərbaycanlı məmurun "qanuni oğru"nun qətli ilə əlaqəli səs yazısı ortaya çıxdı