Məşhur aparıcıdan ittiham: "Tramp dodaqlarımdan öpmək istədi"

© Photo : Instagram / juliethuddytvFox News televiziyasının keçmiş əməkdaşı Juliet Huddy
Fox News televiziyasının keçmiş əməkdaşı Juliet Huddy - Sputnik Azərbaycan
Abunə olmaq
"Bundan sonra nə tək qalmışıq, nə də Tramp həmin hərəkətini təkrarlamayıb"

BAKI, 9 dekabr — Sputnik. Fox News televiziyasının keçmiş əməkdaşı, xəbər aparıcısı Juliet Huddy maraqlı sirrin üstünü açıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Tramp haqqında hamıya maralı olacaq olayı açıqlayıb.

Huddy iddia edir ki, 2005 və ya 2006-cı ildə Donald Tramp onu şam yeməyinə dəvət edib. Sonra “Trump Tower”in liftində aparıcının dodaqlarından öpmək istəyib. Aparıcı gözləmədiyi hərəkətə sərt reaksiya göstərib. Telekanal əməkdaşının sərt reaksiyası ilə üzləşən gələcək prezident özünü yığışdırıb. Huddy bildirib ki, bundan sonra nə tək qalıblar, nə də Tramp həmin hərəkətini təkrarlayıb.

Maraqlısı odur ki, Tramp hazırkı həyat yoldaşı Melani ilə 2005-ci ilin yanvar ayında evlənib. Baş verən hadisə də onlar evlənəndən sonraya təsadüf edir.

Xəbər lenti
0