İsrailin Qəzzaya raket zərbəsinin nəticələri, 9 dekabr 2017-ci il

İsrail Qəzzanı raketlərlə vurdu: ölənlərin sayı durmadan artır

145
(Yenilənib 12:39 10.12.2017)
Son iki gün ərzində ölənlərin sayı 4 nəfərə çatıb

BAKI, 9 dekabr — Sputnik. İsrail ordusu Qəzzanı raket atəşinə tutub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ordu rəhbərliyi HƏMAS təşkilatına aid silah anbarlarının vurulduğunu iddia edib.

Raket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi, Qəzza
© REUTERS / Mohammed Salem
Raket zərbəsi nəticəsində ölənlərin dəfn mərasimi. Qəzza, 9 dekabr 2017-ci il

Açıqlamada bildirilir ki, dünən Qəzza bölgəsindən İsrailə doğru iki raket atılıb. Guya ki, İsrail tərəfi bundan sonra bölgədəki HƏMAS anbarlarını vurmaq qərarına gəlib.

Qəzzada yerləşən xəstəxanadan verilən açıqlamaya görə, son iki gün ərzində İsrail tərəfinin hücumları zamanı ölənləri sayı 4 nəfərə çatıb.

145
Teqlər:
İsrail ordusu, ölənlər, Qəzza, Həmas, raket hücumu
Əlaqədar
Çeçen liderdən İsrailə müharibə xəbərdarlığı
Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”
Türkiyədən sərt açıqlama: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa....
İsrail İranın bazasını vurdu
İsrail tankları Qəzzanı vurdu
ABŞ hərbçiləri Əfqənistanda

Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

7
(Yenilənib 21:07 16.05.2021)
Faktiki olaraq isə qoşunların çıxarılmasına hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

 

BAKI, 16 may — Sputnik. Çin Xalq Respublikasının xarici işlər naziri Van İ pakistanlı həmkarı Mahmud Qureyşi ilə telefon danışığında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşı tənqidi fikirlər səsləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli nazir Amerika qoşunlarının tez-tələsik çıxarılmasını Əfqanıstanda barışıq prosesinə ciddi zərbə adlandıraraq regionda sabitlik barədə neqativ fikirlərini dilə gətirib.

VAN İ bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətdə BMT-nin "vacib rol oynayacağına", Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin isə Əfqanıstandakı vəziyyətin qaydaya salınmasına ciddi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

"Əfqanıstanla qonşu ölkələr qarşılıqlı fəaliyyəti gücləndirməli, bir cəbhə kimi hərəkət etməli və əlaqələndirilmiş addımlar atmalıdırlar", - deyə nazir bildirib.

Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin İslamabadın Əfqanıstanda sülhün əldə olunması istiqamətində addımlarını yüksək qiymətləndirdiyini və Pakistanın ənənəvi olaraq Əfqanıstanla bağlı proseslərdə vacib nüfuza malik olduğunu deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş ediblər. Bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş ediblər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına rəsmən mayın 1-də başlanıb və sentyabrın 11-nə qədər davam etməlidir. Faktiki olaraq isə qoşunların çıxarılması hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

Eləcə də oxuyun: 

ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

 

7
Teqlər:
qoşunlar, Çin, ABŞ, Pakistan, Əfqanıstan
İsraildə təcili yardım maşını, arxiv şəkli

İsraildə faciə üstünə faciə: onlarla adam sinaqoqda xəsarət aldı - VİDEO

12
(Yenilənib 21:32 16.05.2021)
Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

BAKI, 16 may - Sputnik. İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Magen David Adom təcili tibbi yardım xidmətinin işçiləri məlumat veriblər.

"19:14-də Qüdsün bir rayonundakı sinaqoqda onlarla adamın olduğu tribunanın çökməsi barədə Təcili Yardım xidmətinə məlumat daxil olub", - tibb işçiləri deyiblər

KAH dövlət telekanalı bildirib ki, xəsarət almış 60 nəfərə tibbi yardım göstərilir, onlardan onunun vəziyyəti ağırdır. Həmçinin qeyd olunur ki, 1 nəfər həlak olub. Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

Eləcə də oxuyun: 

*Rəsmi Bakı İsrailə başsağlığı verdi

İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

*Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

 

 

12
Teqlər:
video, yaralılar, sinaqoq, faciə, İsrail
Edvgerial saytın istifadəçisi

ƏDV-nin qaytarılmasında nüanslar: daha tez mümkündürmü?

0
(Yenilənib 21:47 16.05.2021)
Bu ilin ilk rübündə çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir. İqtisadçılar ƏDV-nin geri qaytarılması məsələsindən danışıblar.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. 2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir. Həmin dövrdən 2021-ci ilin 1-ci rübünün sonunadək istehlakçılara 60,2 milyon manat geri qaytarılıb. 2021-ci ilin 1-ci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Bu da "ƏDV geri al" layihəsinə olan marağın sürətlə artmasını göstərir.

Bəs maraqlıdır, hansı mal və məhsullara ƏDV tətbiq edilmir? Vətəndaşa ƏDV-nin 1 ay içərisində deyil, daha tez geri qaytarılması mümkündürmü?

İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, kənd təsərrüfatı məhsulları, çörək, un və digər bir sıra məhsullar ƏDV-dən azaddır:

"Xüsusilə yeni nəsil kassa aparatlarında hər bir məhsul növü üzrə ƏDV ayrıca hesablanır. ƏDV-nin hesablanması 0-18 faiz arasında aparılır. Ola bilər ki, vətəndaşın marketdən aldığı məhsulların bir çoxu ƏDV-dən azaddır və belə olan halda az ƏDV geri qaytarılır. Ümumiyyətlə, ticarət müəssisələrinin ƏDV-nin hesablanması prosesi ilə heç bir əlaqəsi yoxdur".

Ekspertin fikrincə, ƏDV-nin daha tez geri qaytarılması mümkün deyil: "1 ay ərzində Vergi Xidməti yoxlamalar aparır. Bu proses kütləvi şəkildə olduğu üçün burada 1 ay vaxt lazım olur".

İqtisadçı Radil Fətullayev də Sputnik Azərbaycan-a deyib ki, bütün məhsullar ƏDV-yə cəlb edilmir: "Məsələn, damazlıq heyvanların, toxum və tinglərin, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, heyvan və quş ətinin satışı, kəpəyin istehsalı və satışı, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr, külçə, sikkə və ya qranula şəklində qızılın və gümüşün satışı ƏDV-dən azaddır".

ƏDV-nin daha tez geri qaytarılması məsələsinə də toxunan iqtisadçı bildirib ki, qanuna görə, 15 gün ərzində vətəndaşın məhsulu və ya malı mağazaya geri qaytarmaq hüququ var: "Ona görə də ƏDV-nin vətəndaşa geri qaytarılması 15 gündən tez ola bilməz və bu proses 1 ay çəkir. Ola bilər, vətəndaş 15 gün ərzində mağazadan aldığı malı geri qaytarsın".

O bildirib ki, yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır:

"Onsuz da yanacaqdoldurma məntəqələri kassa çekini vururdular. Burada əsas hədəf kassa çekini vurmayan müəssisələri buna təşviq etməkdir. Başqa sözlə, bu istiqamətdə ictimai nəzarəti artırmaqdır".

Xatırladaq ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi müvəkkil banklar tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Eləcə də oxuyun: 

* ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisi artıb

Banklar Assosiasiyasından vətəndaşların narazılığına səbəb olan məsələ ilə bağlı açıqlama

"Məsələ ciddidir. Biz isə yumor, ironiya istedadımızı nümayiş etdiririk"

0
Teqlər:
müddət, qaydalar, qaytarılma, vətəndaş, ƏDV