Leonid Bronevoy

“Müller” öldü... Video

115
(Yenilənib 13:12 10.12.2017)
Onun “Ştirlis, sizdən isə qalmağı xahiş edirəm” ifadəsi və məşhur monoloqu kinodakı ən məşhur ifadələr sırasında yer alıb

BAKI, 9 dekabr — Sputnik. Bu gün səhər məşhur sovet və rus kino-teatr aktyoru Leonid Bronevoy vəfat edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Bronevoy 89 yaşında dünyasını dəyişib.

Leonid Bronevoy onlarla filmdə, o cümlədən “Pokrov qapıları”, “Həmin o Münhauzen” kimi filmlərdə çəkilib. Amma geniş tamaşaçı kütləsi Bronevoyu daha çox “Baharın on yeddi anı” telefilmindəki Müller rolu ilə tanıyıb və sevib. Onun “Ştirlis, sizdən isə qalmağı xahiş edirəm” ifadəsi və məşhur monoloqu kinodakı ən məşhur ifadələr sırasında yer alıb.

115
Teqlər:
Baharın on yeddi anı, Leonid Bronevoy, kino və teatr aktyoru, vəfat, film
Əlaqədar
Azərbaycanlıların da sevdiyi əfsanəvi hind aktyoru vəfat etdi
Azərbaycanlı aktyor Burak Özçivitlə birgə təqdimata niyə gəlmədi?
Bakıda məşhur aktyoru parçalayacaqdılar - Görünməmiş ajiotaj
Elcan Rəsulov müasir aktyorluq sənətinin sirlərini açıqlayacaq