Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan və Putin bu məsələdə razılığa gəldilər

© Photo : Kayhan Ozer/Presidential Palace/Handout via REUTERSHamburqda Ərdoğan-Putin görüşü
Hamburqda Ərdoğan-Putin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan Qüdsün statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb

BAKI, 8 dekabr — Sputnik. Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Sputnik Azərbaycan-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin ABŞ-ın Qüdsü (Yerusəlimi — red.) İsrailin paytaxtı kimi tanıması və səfirliyi Təl-Əvivdən Qüdsə köçürmək qərarı lə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.   

“Bu cür addımlar Yaxın Şərq sülh prosesinin perspektivlərini sarsıda bilər” — deyə məlumatda qeyd olunub. Prezidentlər bölgədə gərginliyin artmasının yolverilməz olduğunu vurğulayıblar.

"Beynəlxalq ictimaiyyətin səyləri Qüdsün statusu da daxil olmaqla bütün problemlərin kompromis həllinin tapılması üçün Fələstin-İsrail danışıqlarının bərpa olunmasına yardım edilməsinə yönəlməlidir" — prezidentlər bildiriblər. 

Ərdoğan dekabrın 13-nə İstanbulda İslam Əməkdaşlığı Təşkilatının Qüdsün statusu ilə bağlı sammit çağırdığı barədə Putini məlumatlandırıb.  

Türkiyə və Rusiya prezidentləri şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.  

Xəbər lenti
0