Amerika əsgərləri görüldükləri yerdə vurulacaq

Abunə olmaq
"ABŞ rəhbərliyinin müqəddəs şəhər olan Qüdslə bağlı verdiyi bəyanat amerikalı əsgərlərə hücumu leqallaşdırdı"

BAKI, 7 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın müsəlmanlar üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlamasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgədəki silahlı dəstələr, həmçinin İraqda fəaliyyət göstərən əl-Nucaba təşkilatı Amerika hərbçilərinə qarşı hücumlara başlanılacağını bəyan edib.

"ABŞ rəhbərliyinin müqəddəs şəhər olan Qüdslə bağlı verdiyi bəyanat amerikalı əsgərlərə hücumu leqallaşdırdı. Onlar görüldükləri yerdə öldürüləcəklər" — əl-Nucaba bəyanat yayıb.

Xəbər lenti
0