Ərdoğan çox sərt reaksiya verdi

© REUTERS / Umit BektasПрезидент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре
Президент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре - Sputnik Azərbaycan
Abunə olmaq
"Amerikanın bu qərarı bölgəni atəş meydanına çevirəcək"

BAKI, 7 dekabr — Sputnik. Dünən ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması dünyada ciddi reaksiyalara səbəb olub. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, ən sərt reaksiyanı isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan göstərib.

Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Rəsmi Bakı Qüdslə bağlı mövqeyini ortaya qoydu

O, Donald Trampın nə etməyə çalışdığını anlamaqda çətinlik çəkdiyini deyib: "Trampın nə etmək istədyini anlaya bilmirəm. O, Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını söylədi. Əslində, Tramp bu qərarı ilə BMT qərarlarını heçə sayan addım atdı".

"Qüds müsəlmanların, xristianların və qismən də yəhudilərin ibadətgah yeri olaraq qəbul edilir. Müsəlmanların ilk qibləsidir. Amerikanın bu qərarı bölgəni atəş meydanına çevirəcək. Halbuki siyasətçilər ortalığı qarışdırmaq üçün yox, sülh üçün fəaliyyət göstərməlidirlər" — Türkiyə prezidenti əlavə edib.

Xəbər lenti
0