Rəsmi Bakı Qüdslə bağlı mövqeyini ortaya qoydu

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq"

BAKI, 7 dekabr — Sputnik. "Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət arasında həllinin tərəfdarıdır".

Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib. "Rəsmi Bakı cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır" — deyə Hacıyev əlavə edib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bəyan edib.

Xəbər lenti
0