Stəkanda süd

Qoyun südündən zəhərlənmə oldu...

31
(Yenilənib 12:01 07.12.2017)
Cütlüyə ilkin yardım göstərilib, hadisə ilə bağlı araşdırma aparılır

BAKI, 7 dekabr — Sputnik. Ər-arvad yeni doğan qoyunun südünü içib zəhərləniblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə yeni doğmuş qoyunun südünü içən ər-arvad zəhərlənib, xəstəxanaya düşüblər.

Məlumata görə, yeni doğan qoyunun südünü içən 41 yaşlı Əhməd D. və həyat yoldaşı 41 yaşlı Əminə D. süd içdikdən sonra qarın ağrısı və qusma şikayəti ilə xəstəxanaya aparılıb. Müayinələr zamanı ər-arvadın zəhərləndiyi məlum olub. Cütlüyə ilkin yardım göstərilib, hadisə ilə bağlı araşdırma aparılır.

31
Teqlər:
süd, qoyun, zəhərlənmə, xəstəxana
Əlaqədar
Qoyunlar heç də "qoyun" deyilmiş
Qoyun oğruları ələ keçdilər
Qoyun sürüsünü vurdu, sürü yiyələri tərəfindən döyüldü
Abşeronda vulkan püskürməsi nəticəsində 6 çoban yanıb, 2 min qoyun tələf olub
Hadı Rəcəblinin "qoyun" məsələsinə Səlim Müslümov daha əvvəl veto qoyubmuş
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

2
(Yenilənib 11:15 16.04.2021)
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 16 aprel — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,12 dollar artaraq 66,04 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,38 dollar artaraq 67,32 dollar, “Light” markalı neftin qiyməti isə 0,36 dollar bahalaşaraq 63,84 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

2
Teqlər:
"AzeriLight" markalı neft, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
İstanbul şəhərinə mənzərə, arxiv şəkli

İstanbul polisi "Montrö məktubuna" imza atmış admiralların evində axtarışa başladı

3
(Yenilənib 11:05 16.04.2021)
Ankara Baş Prokurorluğu 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

BAKI, 16 aprel — Sputnik. İstanbul Polisi Montrö Konvensiyası barədə açıq məktuba imza atmış istefada olan admirallardan yeddisinin evində axtarışa başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, Ankara Baş Prokurorluğu isə admiralların bəyannaməsi ilə bağlı 6 istefada olan admiralla 1 generalın ifadə vermək üçün prokurorluğa çağırıldığını bildirib.

Qeyd edək ki, aprelin 4-də Türkiyənin 104 istefada olan admiralı bəyannamə dərc edərək Montrö Konvensiyasını Bosfor və Dardanel boğazlarına suveren hüquqlarını bərpa edən Türkiyənin diplomatik qələbəsi adlandırıb. Admirallar Qara dənizlə Mərmərə dənizini birləşdirəcək və Bosfor boğazına paralel olacaq "İstanbul" kanalı layihəsi ilə bağlı həmin razılaşmaya yenidən baxılması barədə müzakirələri yersiz adlandırıblar. Həmçinin məktubda Türkiyədə qüvvədə olan Konstitusiyanın saxlanmasına çağırışlar da öz əksini tapıb.

Aprel ayının 5-də isə Türkiyə polisi Montrö Konvensiyasını dəstəkləyən bəyannaməyə imza atmış bir qrup istefada olan admiralı həbs edib.

3