Vəziyyət qarışır: ana müxalifət liderinə cinayət işi açılır

© AP Photo / Lefteris PitarakisTürkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
CHP lideri prezidenti təhqir etməkdə ittiham olunur

BAKI, 6 dekabr — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu haqqında istintaq başlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankara Baş Prokurorluğu CHP liderinə qarşı prezidenti təhqir etmək ittihamı ilə iş açıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP liderinin çərşənbə axşamı partiyasının toplantısındakı çıxışı zamanı onu təhqir etdiyini və bu səbəbdən məsuliyyətə cəlb edilməsini tələb etmişdi. Ərdoğanın vəkillərindən olan Hüseyn Aydın Ankara Baş Prokurorluğuna etdiyi müraciətdə Kılıçdaroğlunun sözlərinin 15 İyul 2016-cı il çevriliş cəhdinin arxasında durduğu iddia edilən Gülən təşkilatı ilə üst-üstə düşdüyünü bildirib.

Kılıcdaroğlu, partiyasının tədbirində çıxışı zamanı "2017-ci ildə millətə yuxarıdan aşağı baxan, ağzına gələn hər şeyi deyən, zənginlik, var-dövlət içində üzən və sərvətinin hesabını millətin qarşısına qoymayan bir Rəcəb Tayyib Ərdoğan var. Bunu da Ərdoğan düşünsün. Danışırsan, 80 milyon narahat olur" deyə bildirib.

Onun bu sözləri və çıxışı zamanı səsləndirdiyi digər fikirlər prokurorluğa müraciətə daxil edilib.

Xəbər lenti
0