Vladimir Putin

Putin qərarını açıqladı: "Prezident seçkilərinə gedirəm"

91
(Yenilənib 10:02 07.12.2017)
Maksim Tokarev: "Putin növbəti prezident seçkilərində iştirak edəcək. Hesab edirəm ki, o, artıq bu barədə qərar qəbul edib"

BAKI, 6 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Putin bunu bu gün QAZ zavodunun işçiləri ilə görüşdə bəyan edib: "Bunu elan etmək üçün daha yaxşı yer və daha yaxşı fürsət yəqin ki yoxdur. Dəstəyinizə görə sizə təşəkkür edirəm. Mən Rusiya prezidentliyinə öz namizədliyimi irəli sürəcəm". Bu bəyanatdan sonra zavodun işçiləri prezidenti hərarətlə alqışlayıblar və ona öz dəstəklərini ifadə ediblər. 

"Bu reaksiyaya görə sağ olun, hər şeydən üstün olan əməyinizə görə minnətdaram. İşinizə, müəssisənizə, şəhərinizə, ölkənizə olan münasibətə görə çox sağ olun! Əminəm ki, sizdə hər şey alınacaq" — deyə Putin əlavə edib. 

Vladimir Putin
© Sputnik / Mikhail Klimentyev

Qeyd edək ki, Rusiya prezidenti bundan əvvəl "İlin könüllüsü" mükafatının təqdimetmə mərasimində prezidentliyə namizəd olacağına işarə etmişdi. Putindən mükafat alan Maksim Tokarev adlı könüllü "Rusiya könüllüləri 2017" mükafatının təqdimetmə mərasimində prezidentə "Siz 2018-ci ildə keçiriləcək prezident seçkilərində mübarizə aparacaqsınızmı?" sualını ünvanlayıb. Onun sualı zala toplaşan könüllülər tərəfindən coşqu ilə qarşılanıb.

Putin bu suala belə cavab verib: "Bilirsiz, bu, istənilən insan üçün çox məsuliyyətli qərardır".

Rusiya prezidenti əlavə edib ki, bu cür qərarlar yalnız xalqın güzəranını yaxşılaşdırmaq, ölkəni daha çox güclü etmək, müdafiəsini möhkəmləndirmək və gələcəyə istiqamətləndirmək məqsədilə verilir: "Bu məqsədlərə isə yalnız bu şərtlər altında çatmaq mümkündür: əgər insanlar etibar edirlərsə və dəstəkləyirlərsə. Siz aparıcı vasitəsilə mənə belə bir sual verdiniz. Mənim bununla əlaqədar olaraq sizə sualım var: Əgər mən belə bir qərar qəbul eləsəm, siz və sizə yaxın insanlar bu qərarı dəstəkləyəcəksinizmi?"

Putinin sualına xorla "bəli" cavabı və dəstək alqışları gəlib. O, fikrini tamamlayaraq deyib: "Mən başa düşürəm ki, bu qərar yaxın zamanlarda qəbul edilməlidir və qəbul ediləcək. Mən bu qərarı verərkən bu gün sizinlə olan söhbəti və sizin reaksiyanızı da nəzərə alacağam".

Maksim Tokarev isə jurnalistlərə açıqlamasında Putinə bu sualı verməsinin səbəbi barədə danışıb: "Bilirdim ki, Vladimir Vladimiroviç özünün seçkiqabağı kampaniyası barədə heç nə deməyib və mən ona imkan düşmüşkən bu barədə sual vermək qərarına gəldim. Belə başa düşdüm ki, o, növbəti prezident seçkilərində iştirak edəcək. Hesab edirəm ki, artıq bu barədə qərar qəbul edib".

Könüllü qeyd edib ki, Putin mükafatları təqdim etmək üçün səhnəyə çıxanda zaldakı enerjini hiss edib.

Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
© Sputnik / Aleksey Nikolsky

"Bu, tamamilə ekspromt idi, heç nə qabaqcadan hazırlanmamışdı, sadəcə qərara aldım ki, axı niyə sual verməyim? Sual ağlıma bədahətən gəldi və verdim" — Tokarev əlavə edib.

Tokarev "İlin könüllüsü" mükafatını "Baykalın qorunması" layihəsinə görə aldığını bildirib.

"Biz yayda "Baykal sahil xidməti" adlı könüllü düşərgə yaradırıq. Bu xidmət əhalinin, turistlərin ekoloji maarifləndirilməsi, Baykal sahilinin xüsusi mühafizə olunan hissəsinin təmizliyinə, utilizasiya və müasir texnologiyanın tətbiqinə, zibillərin ayrılmasına ictimai nəzarət, qanun pozuntularının aşkarlanması və s. fəaliyyətlərlə məşğul olur" — deyə "İlin könüllüsü" bildirib.

91
Teqlər:
Maksim Tokarev, iştirak, könüllülər, Rusiya prezidenti Vladimir Putin, seçkilər, sual
Əlaqədar
Putin Ərdoğanın stulunu belə aşırdı - VİDEO
Ərdoğan: "Qarabağ problemini ancaq Putin həll edə bilər, mənə söz verdi"
Putinlə Əsədin görüşü müzakirə obyekti olub
Putin məqsədinə nail oldu
Putinə sui-qəsd xəbəri - Peskov danışdı
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

6
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

6
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

89
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

89
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0