Türkiyədən ABŞ-a növbəti Qüds xəbərdarlığı

© AFP 2023Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il
Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Səfirliyin Təl-Əvivdən Qüdsə daşınması ciddi xəta olar"

BAKI, 6 dekabr — Sputnik. "Amerika Birləşmiş Ştatlarının öz səfirliyini Qüdsə köçürməsi böyük xəta olar". Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Reks Tillersonla Brüsseldəki görüşü zamanı deyib.

NATO-nun xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə olan türkiyəli nazir ABŞ prezidenti Donald Trampın bu gün Qüdslə bağlı edəcəyi çıxışa münasibət bildirib.

"Bütün dünya ABŞ-ın bu planına qarşıdır. Səfirliyin Təl-Əvivdən Qüdsə daşınması ciddi xəta olar. Ümid edirik ki, Amerika bu addımından geri çəkilər" — Çavuşoğlu qeyd edib.

Xəbər lenti
0