Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğana ilginc mesaj: "Bizimlə düşmənçilik sizə xeyir gətirməz"

386
(Yenilənib 15:19 06.12.2017)
Anders Foq Rasmussen: "Türkiyə Amerika ilə əlaqələrin pisləşməsindən narahat olmalıdır"

BAKI, 6 dekabr — Sputnik. "Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması düzgün addım deyildi. Nəticədə NATO ilə gərginlik yarandı".

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen
© AP Photo / Virginia Mayo
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen

Sputnik Azərbaycan T24-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Almaniyanın yüksək tirajlı "Deutsche Welle" qəzetinə danışıb. Türkiyə prezidenti Ərdoğanın ABŞ əleyhinə son çıxışlarını dəyərləndirən Rasmussen, "Türkiyə Amerika ilə əlaqələrin pisləşməsindən narahat olmalıdır" deyib.

"Cənab Ərdoğanın Qərb ölkələri, xüsusilə də ABŞ əleyhinə işlətdiyi ifadələr NATO-dakı müttəfiqliyə ciddi ziyan vurur. Qərbi Türkiyənin düşməni kimi göstərmək doğru deyil" — Rasmussen bildirib.

"Alyansa üzv dövlətlər Türkiyədəki daxili siyasi vəziyyətdən ciddi narahatdır və bu, normal qarşılanmalıdır. Türkiyə üçün NATO-dan başqa alternativ yoxdur. Başqa heç bir ittifaq NATO qədər Türkiyənin təhlükəsizliyinə zəmanət verə bilməz" — keçmiş baş katib vurğulayıb.

Anders Foq Rasmussenin ABŞ-ın PKK terror təşkilatının Suriyadakı qolu PYD-yə böyük miqdarda silah göndərməsinə və İŞİD terrorçuları ilə əlaqələrinə münasibət bildirməməsi isə diqqət çəkib.

Qeyd edək ki, rəsmi Ankara Vaşinqtonu PYD-yə silah göndərməməsi üçün dəfələrlə xəbərdar etsə də, ABŞ bu davranışından geri çəkilmir. Son olaraq prezident Ərdoğan ABŞ-ı xəyanətkar adlandırmışdı.

"Bizə hər cür xəyanəti edən bir müttəfiqlə özümüzə necə bir gələcək qura bilərik? Bu günə qədər dost qəbul etdiyimiz qüvvələrə zərər verməmək üçün çox diqqətli olduq. Bunun davamı bizim heysiyyətimizə toxunmamaları şərti ilə mümkündür. Bizi Amerikada çarmıxa çəkməyə cəhd edənlərin, burnumuzun dibində terrorçu dövləti qurmaq istəklərinə əli-qolu bağlı tamaşa edəsi deyilik" — Ərdoğan bəyan etmişdi.

386
Teqlər:
Anders Foq Rasmussen, Ərdoğan, NATO, Rusiya, Türkiyə, ABŞ, prezident
Əlaqədar
NATO ilə mənəvi bağlılıq qopdu: Diqqətlər Ankarada
Ələsgərov: “Yaxın gələcəkdə Türkiyə NATO-dan çıxmayacaq”
Türkiyədən NATO ilə bağlı həlledici açıqlama: Yolun sonu...
Atatürkü düşmən elan edən kim olub? – NATO üzr istədi
NATO Şimali Koreyaya raket zərbəsi endirməyə hazır olduğunu bəyan edib
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

48
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

48
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
Peyvənd

Vaksin qədər təhlükəlidir: ABŞ cavab tələb edir

35
Qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq.

BAKI, 29 sentyabr — Sputnik, İrina Alksnis. "AstraZeneca" farmakologiya şirkətinin Oksford Universiteti ilə birgə hazırladığı eyni adlı peyvəndin problemləri yeni mərhələyə qədəm qoyub.

ABŞ bir neçə həftə əvvəl dondurulmuş sınaqları bərpa edib. Lakin Amerikanın aparıcı KİV-ləri preparatın təhlükəsizliyi ilə bağlı getdikcə daha çox sual səsləndirirlər. CNN telekanalı başqalarından daha yüksək səslə çıxış edib.

Məlum olduğu kimi, "AstraZeneca"nın klinik sınaqları iki dəfə – iyul və sentyabr aylarında dayandırılıb: iki könüllüdə nevroloji mənşəli qeyri-adi simptomlar özünü göstərib. Hər iki halın sonradan vurulmuş vaksinlə əlaqəli olmadığı təsdiqlənib və Böyük Britaniya da daxil olmaqla, əksər ölkələrdə sınaqlar davam edib.

Lakin amerikalı alimlər və ABŞ-ın səhiyyə sisteminin mütəxəssisləri daha çox narahatlıq keçiriblər və yan təsirlərlə bağlı hesabatlarda ciddi fərqlər aşkar ediblər.

"AstraZeneca"nın iyul insidenti əvvəl aşkar edilməmiş skleroz ilə izah edilib. Lakin Oksford Universitetinin saytında bu, "açıqlanmayan nevroloji simptom" kimi təsvir olunub.

Sentyabrda baş vermiş ikinci insident ilə bağlı şirkət könüllü qadında "anlaşılmaz xəstəlik" yarandığını deyib. Yalnız daxili sənədlərdə bu vəziyyət "köndələn mielit" (nadir nevroloji xəstəlik) kimi göstərilir.

Nəticədə, amerikalılar indi belə fikir ayrılığının səbəbləri ilə bağlı tamamilə məntiqli suallar verirlər. "AstraZeneca" onsuz da peyvənd üzərində işinin şəffaflığına dair ciddi iddialarla üzləşib və ortaya çıxmış ziddiyyətlər yalnız əlavə olaraq preparata və onun təhlükəsizliyinə olan inamı pozur.

Sınaq iştirakçılarının sağlamlığında yaranmış problemlərin ümumi xarakteri xüsusi bir mövzu olaraq qalır. Amerikalı professor-immunoloqlardan biri bu məsələ ilə bağlı açıq şəkildə deyib: hər iki xəstəliyin nevroloji təbiətinin olması "şoka salır".

Bəlkə də "AstraZeneca"nın sadəcə bəxti gətirməyib və söhbət həqiqətən də vaksin ilə heç bir əlaqəsi olmayan uğursuz təsadüflərdən gedir. Amma sağlam düşüncə ən azından bu məqamı aydınlaşdırmağı tələb edir. Burada Amerikanın sınaqları dondurmuş məsul xidmətlərini tərifləmək lazımdır.

Onların avropalı həmkarlarının mövqeyi isə daha çox təəccüb doğurur. Onlar bütün bu qəribəlikləri görməməyə üstünlük veriblər və testləri davam etdiriblər.

Hərçənd Avropa İttifaqı (Aİ) hökumətlərinin və şirkətin özünün bu cür sürüşkən mövzu ilə bağlı rahatlığı böyük xoşagəlməz hallara səbəb ola bilər (əgər vaksin həqiqətən də təhlükəlidirsə).

Bu günlərdə "Reuters" agentliyi Aİ-nin rəsmi nümayəndəsinə istinadən xəbər verib ki, "AstraZeneca" Avropa İttifaqı ilə vaksin sövdələşməsi çərçivəsində qismən toxunulmazlıq qazanıb. Razılaşma avqustda bağlanıb, lakin onun bəzi incə detalları yalnız indi elan edilib.

Məsələ ondadır ki, əczaçılıq şirkəti preparatı Aİ-yə aşağı qiymətə tədarük edəcək və əvəzində onun tətbiqinin yan təsirlərinə görə maliyyə məsuliyyəti daşımayacaq. Sazişin dəqiq miqyası açıqlanmır, lakin Avropanın "AstraZeneca"ya hər doza üçün 2,5 avro ödəyəcəyi məlumdur.

"GlaxoSmithKline" konserni ilə birlikdə öz preparatını hazırlayan Fransanın "Sanofi" şirkəti isə preparatın hər dozasını Avropaya 10 avroya satır.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Yeri gəlmişkən, hər iki şirkət artıq Aİ-dən avans ödənişləri alıb. "AstraZeneca"nın 400 milyon dozanı təmin etməsi üçün ödəniş 336 milyon avro təşkil edib. "Sanofi"də bu rəqəm 324 milyon avro olub (300 milyon doza üçün).

Beləliklə, əgər qarşıdan gələn kütləvi peyvəndləmə prosesində "AstraZeneca" preparatının həqiqətən də insan sağlamlığına zərər vurması halları üzə çıxarsa, bu, şirkət üçün heç bir ağır nəticələrə səbəb olmayacaq. Zərərçəkənlərə kompensasiyaları milli hökumətlər, daha dəqiqi, müvafiq ölkələrin vergi ödəyiciləri verəcəklər.

Həmçinin, Avropa isteblişmentinin bu qədər fərqli yanaşmaları olan iki vaksin ("AstraZeneca" və "Sanofi") üzərində dayanması maraq oyatmaya bilməz. Aİ-nin hansı dövlətlərinin hansı preparatı alacağını, həmçinin onların öz daxilində rayonların rifahı və orada yaşayan insanların ictimai vəziyyətinə görə preparatları necə bölüşdürəcəyini görmək maraqlı olacaq.

35
Teqlər:
ABŞ, AstraZeneca, vaksin, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Belə insanlar koronavirusa az yoluxurlar
Cizgi filmi qəhrəmanları uşaqları koronavirusdan qorumaq əvəzinə...
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar