ABŞ-la Səudiyyə Ərəbistanı arasında təhlükəli Qüds anlaşması

© Sputnik / Yury Somov / Mediabanka keçidВид на площадь Харам аш-Шариф - мечети Куббат аль-Сахра и Аль-Акса, фото из архива
Вид на площадь Харам аш-Шариф - мечети Куббат аль-Сахра и Аль-Акса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Razılaşmaya əsasən Səudiyyə Ərəbistanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz etməyəcək

BAKI, 6 dekabr — Sputnik. Yaxın Şərqdə yarım əsrdən çoxdur davam edən gərginlik daha da dərinləşə bilər. Əgər ABŞ prezidenti Donald Tramp bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan etsə…

Qüds, arxiv şəkli - Sputnik Azərbaycan
Türkiyədən sərt açıqlama: ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa....

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Ağ Evdən mövzu ilə bağlı açıqlama yayılıb: "Cənab Tramp çərşənbə günü Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə açıqlama verə bilər. Prezident bu barədə İsrail, İordaniya, Fələstin, Misir və Səudiyyə Ərəbistanı liderləri ilə telefonda danışıb. Dövlət başçıları geniş müzakirə aparıblar".

Sözügedən mövzuda İsrailin "Jerusalem Post" qəzeti diqqətçəkən məqalə dərc edib. Həmin məqalədə qeyd olunur ki, Donald Tramp və Səudiyyə şahzadəsi, vəliəhd Məhəmməd bin Səlman Qüds şəhərinin statusuna dair razılaşıblar.

"Razılaşmaya əsasən Səudiyyə Ərəbistanı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz etməyəcək. Qarşılığında isə Fələstin dövlətinin paytaxtı Abu Dis şəhəri olacaq. İddiaya görə, Trampın oktyabr ayında Riyada səfər edən yəhudi kürəkəni Jared Kuşner ərəb şahzadəni çətinliklə də olsa razı sala bilib" — məqalədə qeyd olunur.

Lakin şahzadə Səlmanın xalqı bu plana razı salıb-sala bilməyəcəyi şübhə doğurur. Çünki Qüds şəhəri müsəlmanlar üçün müqəddəsdir, üstəlik həm də qırmızı xətdir. Nəinki təkcə Səudiyyə Ərəbistanı, ümumilikdə İslam dünyasının bu cür planla razı olması mümkünsüz görünür.

Xəbər lenti
0