Пистолет в руке, фото из архива

Sevgisinə rədd cavabı alan gənc silaha əl atdı

17
(Yenilənib 17:58 05.12.2017)
Silah səsinə çıxanlar qızın başından vurularaq öldürüldüyünə şahid olublar

BAKI, 5 dekabr — Sputnik. Türkiyədə 19 yaşlı qız işə gedərkən öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, toxuculuq fabrikində işləyən 19 yaşlı Ayişə Öztürk işə gedərkən başından güllə ilə vurulub.

Qətldə şübhəli olan şəxs tez bir zamanda saxlanılıb. Şübhəlinin 24 yaşlı A.İ. olduğu müəyyən edilib. Qıza sevgili olmağı təklif edən gənc rədd cavabı alınca, qızı öldürmək qərarına gəlib. A.İ. qətldən sonra atası ilə birlikdə qaçmaq istərkən saxlanılıb.

Ata və oğulun üstü axtarılarkən Ayişə Öztürkün vurulduğu silah tapılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

17