Saakaşvili tərəfdarları ilə polislər arasında qarşıdurma

Saakaşvili tərəfdarları ilə polislər arasında əlbəyaxa dava düşdü

187
(Yenilənib 15:21 05.12.2017)
Nümayişçilərdən biri Saakaşvilini buraxmayacaqları təqdirdə özünü yandıracağını bəyan edib

BAKI, 5 dekabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin həbsi zamanı polislə keçmiş prezidentin tərəfdarları arasında dava düşüb.

Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, polislər sabiq qubernatoru kütlənin arasından keçirməyə çalışan zaman Saakaşvilinin tərəfdarları onu xilas etmək üçün polisləri itələməyə başlayıblar. Bundan sonra qarşıdurma yaranıb.

Hətta nümayişçilərdən biri Saakaşvilini buraxmayacaqları təqdirdə özünü yandıracağını bəyan edib. Polis çox çətinliklə də olsa Saakaşvilini kütlənin əlindən alaraq Baş İstintaq İdarəsinə aparıb.

187
Teqlər:
qubernator, Mixail Saakaşvili, Gürcüstan, Ukrayna, polis, prezident
Mövzu:
Mixail Saakaşvilinin Ukrayna sərgüzəştləri (14)
Əlaqədar
Saakaşvili saxlanıldı, Təhlükəsizlik Xidməti bunun səbəbini açıqladı
Saakaşvili intihar etmək istəyir - VİDEO
Kiyevdə Saakaşvili tərəfdarları prezidentin impiçmenti tələbi ilə yürüş keçirirlər
Saakaşviliyə görə gürcüləri bu ölkədən qovurlar
Saakaşviliyə ağır itki
Saakaşvili cərimə ödədi