Rza Zərrabın "başının altından" yeni gizlinlər çıxdı

© AP Photo / Depo PhotosRza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan
Abunə olmaq
Zərrabın amerikalı prokurorlara təqdim etmək istədiyi CD disk Türkiyədə ələ keçdi

BAKI, 5 dekabr — Sputnik. ABŞ-da həbsdə olan və haqqında məhkəmə prosesi davam edən Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı Rza Zərrabla bağlı yeni detallar üzə çıxıb. Belə ki, Rza Zərrabın amerikalı prokurorlara təqdim etmək üçün İstanbuldan gətirilməsini istədiyi və özünə aid "Roysar" holdinqin materiallarının toplandığı CD disk Türkiyə polisinin əlinə keçib.

Rza Zərrab - Sputnik Azərbaycan
"Zərrab işi"ndə Dubay planı: İşə falçılar da qarışdı

Sputnik Azərbaycan xəbər verir ki, polisin keçirdiyi əməliyyatın detalları "Hürriyet"-də geniş formada dərc edilib. Qəzetin yazdığına görə, noyabrın 22-də İstanbul Şəhər Prokurorluğuna elektron məktub daxil olub. Məktubu yazan şəxs adının mediaya açıqlanmaması şərti ilə gizli məlumatlar ötürüb.

"Mən Rza Zərrabın sağ qolu kimi tanınan Reqaib Akol və onun dostları Mustafa Hacısalimoğlu, Sinem Arslanla uzun müddətdir birlikdə işləyirəm. Sizi əmin edirəm ki, bu adamlar FETÖ terror təşkilatına üzv olan biznesmenlərlə hər zaman ticari əlaqədə olublar. Adlarını çəkdiyim şəxslərə tez-tez içərisi sənədlərlə dolu qovluqlar gətirilirdi. Həmin qovluqları gətirənlər polis orqanlarından qovulan "gülənçi"lər idi" — həmin şəxs bildirib.

"Sizinlə daha bir yeni məlumat paylaşmaq istəyirəm. İşdən qovulan "gülənçi" polislər bu adamlara yenə nə isə gətirdilər. Düşünürəm ki, həmin sənədlər Amerikaya aparılacaq. Sizdən xahiş edirəm, təcili əməliyyatla onlara mane olun, sənədləri alın" — məktubu yazan şəxs qeyd edib.

Bu məktubdan sonra polis Rza Zərraba aid "Roysar" holdinqə qəfil basqın edərək həmin qovluqları və CD diski ələ keçirib. Zərrabın dostu Reqaib Akola yaxınlığı ilə bilinən Mustafa Hacısalimoğlu şübhəli şəxs qismində saxlanılıb.

O, polisə açıqlamasında FETÖ ilə heç bir əlaqəsinin olmadığını deyib: "Bizə Amerikadan, Zərrabın vəkili Şəms əl-Bəzzdən telefon zəngi gəldi. Vəkil bizdən həmin diskin qalıb-qalmadığını soruşdu. Ancaq biz heç kəsə disk verməmişik".

Başqa bir maraqlı detalı isə "Habertürk" qəzeti yazıb. Qəzetin jurnalistləri Nihat Uludağ, Veli Sarıboğa və Hasan Örnekoğlu iddia ediblər ki, İstanbulun Sarıyer səmtində Rza Zərraba yaxın olan holdinqin dəhlizində içərisi sənədlərlə dolu bir neçə qovluq yandırılaraq məhv edilib: "Bundan xəbər tutan polis hadisə yerinə gələrək bəzi sənədləri yanmamış ələ keçirə bilib".

Qeyd edək ki, hələlik sözügedən disk və ələ keçirilmiş sənədlərlə bağlı ictimaiyyətə hər hansı açıqlama verilməyib.

Xəbər lenti
0