Ebru Gündeş və Rza Zərrab

Ailəsi Türkiyəni qəfil tərk edib: Rza Zərrab işində müəmmalı məqam

205
(Yenilənib 10:47 05.12.2017)
Zərrab Amerikaya gedərkən eyni tarixlərdə atası, qardaşı, nənəsi də Türkiyəni tərk edib

BAKI, 5 dekabr — Sputnik. Nyu-Yorkda haqqında məhkəmə prosesi davam edən iş adamı Rza Zərrab barəsində yeni məlumat yayılıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, məlumatı Türkiyə hüquq-mühafizə orqanları yayıb.

Belə ki, Zərrab Amerikaya gedərkən eyni tarixlərdə atası Hüseyn Zərrab, qardaşı Məhəmməd, nənəsi Şəbnəm Zərrab da Türkiyəni tərk ediblər. Bu fakt özü bir daha sübut edir ki, ABŞ-da davam edən məhkəmə işi əvvəlcədən planlanıb.

Xatırladaq ki, hazırda ABŞ-da haqqında məhkəmə işi davam edən Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı Rza Zərrab Türkiyə hökuməti əleyhinə ifadələr verib. O, İrana qarşı beynəlxalq sanksiyaları pozmaq müqabilində türkiyəli nazirlərə rüşvət verdiyini etiraf edib.

205
Teqlər:
Rza Zərrab, qaçış, məhkəmə prosesi, Nyu-York, Amerika, Türkiyə
Əlaqədar
Ebru Gündeş Rza Zərrabla bağlı son qərarını verdi
"Zərrab işi"ndə Dubay planı: İşə falçılar da qarışdı
Zərraba hökm verəcək münsiflər iclasda yatdılar
"Zərrab ssenarisi" və Ərdoğanı yıxmaq üçün siqnal gözləyən iki məşhur
Ankaradan "Zərrab planı"na sərt reaksiya