Restoran mətbəxində ət parçası, arxiv şəkli

İnsan əti satılan ilk restoran açıldı...

2483
(Yenilənib 10:44 05.12.2017)
Bəzi insanların ölməzdən əvvəl ailələrinə pul qoymaq məqsədilə ətlərini satdıqları öyrənilib

BAKI, 5 dekabr — Sputnik. Yaponiyanın paytaxtı Tokioda qanuni olaraq ilk dəfə insan əti təklif edilən restoranın açıldığı iddia edilib. Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Yaponiya qanunlarına uyğun şəkildə açılan restoran indidən dünyanın dörd bir yanından turist cəlb edir.

Bəs insan ətini haradan tapırlar? İddialara görə, bu problem bağışlama yolu ilə həll edilir. Guya ki, bəzi insanlar ölməzdən əvvəl pul müqabilində ətlərini satırlar.

Ət 30.000 ilə 35.000 dollar arasında qiymətə satılır. Ancaq bu, yaşlı insanlara aid deyil. Bunun üçün sadəcə, gənc yaşda öləcəyi məlum olan insanlar müqavilə imzalaya bilər.

2483
Teqlər:
insan əti, qoca, restoran, Yaponiya, turist
Əlaqədar
Restoranlarda siqaret çəkilməsi necə tənzimlənəcək?
Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı
Ulduz futbolçu restoranda yer tuta bilmək üçün 45 dəqiqə gözlədi
"McDonalds" restoranında ölüm
Məşhur restorandakı faciə ilə bağlı cinayət işi açıldı
İdris Debi, arxiv şəkli

Prezident döyüşdə həlak oldu, ölkənin sərhədləri bağlandı

8
(Yenilənib 16:31 20.04.2021)
"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk".

BAKI, 20 aprel — Sputnik. Çad Respublikasının Prezidenti İdris Debi ölkənin şimalında üsyançılara qarşı döyüş zamanı aldığı xəsarətdən həlak olub. Bu barədə RİA Novosti "Frans-Press" agentliyinə istinadla məlumat yayıb. Məlumatı döyüşlərdə iştirak etmiş hərbçilər təsdiqləyiblər.

Qeyd olunur ki, 68 yaşlı Debi silahlı üsyançılara qarşı mübarizədə qələbəni qeyd etmək və silahlı qüvvələrin əməliyyatlarına rəhbərlik etmək üçün cəbhə bölgəsinə gedib. Dövlət başçısı toqquşmada ağır yaralanaraq xəstəxanaya çatdırılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk", – deyə ordunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli televiziya kanalında çıxışı zamanı bildirib.

Qeyd edək ki, İdris Debi bir qədər əvvəl seçicilərin 79% səs çoxluğu ilə altıncı dəfə ölkənin prezidenti seçilmişdi. O, 1990-cı ilin dekabrından bu yana dövlət başçısı vəzifəsində idi.

Seçki günü aprelin 11-də hərbçilər Liviyadakı bazalardan Çada qarşı hücuma başlayıblar. Bir müddət sonra səngiyən döyüşlər ötən bazar günü yenidən başlayıb və bazar ertəsi Çad ordusu "Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi"nin (FACT) 300-dən çox üsyançı üzvünü məhv edib.

Yerli "Al Wihda" qəzetinin yazdığına görə, prezidentin ölümündən sonra ölkədə onun oğlu Debi Mahamatın başçılığı ilə müvəqqəti hərbi şura yaradılıb. Şura tezliklə "keçid dövrü xartiyası"nı elan edəcək.

Prezidentin ölümündən sonra Çadda iki həftəlik milli matəm və saat 18:00-dan 5:00-a kimi komendant saatı elan olunub. Bundan başqa, hərbçilər "başqa bir təlimata qədər" ölkənin quru və hava sərhədlərini bağlamağa qərar veriblər.

Qeyd edək ki, Çad terrorçular və qanunsuz miqrasiya səbəbindən Afrika qitəsinin ən problemli bölgələrindən biri olan Saheldə yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barxan" adlı antiterror əməliyyatına başlayıb. Bu missiya Burkina-Faso, Mavritaniya, Mali, Nigeriya və Çadı da əhatə edən "Sahel Beşliyi"nin (G5) regional quruluşu tərəfindən dəstəklənib.

8
İstanbula mənzərə, arxiv şəkli

Türkiyədən Fransa Yunanıstana sərt xəbərdarlıq

9
(Yenilənib 16:19 20.04.2021)
Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

BAKI, 20 aprel — Sputnik. Fransa və Yunanıstanın Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Sputnik Türkiyə xəbər verir ki, Türkiyə Aralıq dənizindəki sərhədinin pozulması ilə bağlı diplomatik yolla reaksiya vermək qərarı alıb.

XİN-ə dəvət olunan Yunanıstanın səfiri Michael-Christos Diamessis ilə Fransa səfiri Herve Magro ilə üz-üzə baş tutan görüşlərdə onlara sərt şəkildə etiraz edilib. Hər iki səfirin diqqətinə bənzər hadisə baş verəcəyi təqdirdə Türkiyə Silahlı Qüvvələrinin ünsürlərinin lazımi cavabı vermə haqqının olması mesajı xüsusilə çatdırılıb.

Qeyd edək ki, ötən şənbə günü bölgəyə göndərilən Türkiyə freqatı həm Fransanın araşdırma gəmisinə, həm də Yunanıstanın "Elli" adlı freqatına bölgəni tərk etməsinə dair xəbərdarlıq edib. Xəbərdarlığın ardından hər iki gəmi bölgəni tərk edib.

 

9
Teqlər:
Aralıq dənizi, xəbərdarlıq, Yunanıstan, Fransa, Türkiyə
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

0
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

0