Azərbaycanlıların da sevdiyi əfsanəvi hind aktyoru vəfat etdi

© Photo : highlightsindia.comBollivud aktyoru Şaşi Kapur
Bollivud aktyoru Şaşi Kapur - Sputnik Azərbaycan
Abunə olmaq
Şaşi Kapur məşhur Rac Kapurun qardaşıdır

BAKI, 4 dekabr — Sputnik. Hindistanlı aktyor və rejissor Şaşi Kapur 79 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi, dekabrın 4-də “The Independent” nəşri məlumat yayıb.

Aktyor yüzdən çox hind və bir neçə qərb rejissorlarının filminin çəkilişlərində iştirak edib.

© AP Photo / Rajanish KakadeBollivud aktyoru Şaşi Kapur. 6 noyabr 2017-ci il
Bollivud aktyoru Şaşi Kapur. 6 noyabr 2017-ci il - Sputnik Azərbaycan
Bollivud aktyoru Şaşi Kapur. 6 noyabr 2017-ci il

Şaşi Kapur “Kommandos”, “Semmi və Rouzi çarpayıya uzanırlar”, “Sevginin böyük gücü”, “Divar”, “Avara” və “Siddhartha” kimi lentlərdə çəkilib.

2015-ci ildə Şaşi Kapur Dadasaheba Falke adına mükafata layiq görülüb (Hindistanın kino sahəsində ən nüfuzlu mükafatdır).

Qeyd edək ki, Şaşi Kapur məşhur Rac Kapurun qardaşıdır.

Xəbər lenti
0