Əli Abdullah Saleh

Vəziyyət gərginləşdi, keçmiş prezident qətlə yetirildi - FOTO

246
(Yenilənib 17:48 04.12.2017)
Husilər sabiq prezidentin meyitinin əks olunduğu fotonu internetdə paylaşıblar

BAKI, 4 dekabr — Sputnik. Yəməndə 3 il əvvəl çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan prezident Əli Abdullah Salehi öldürülüb.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, husi silahlı dəstələrinin hücumu nəticəsində qətlə yetirilib.

Əli Abdullah Saleh
© Photo : Timeturk
Əli Abdullah Saleh

Husilər sabiq prezidentin meyitinin əks olunduğu fotonu internetdə paylaşıblar.

246
Teqlər:
husi, prezident Əli Abdullah Salehi, qətl, Yəmən, meyit
Əlaqədar
Yəməndə 11 qiyamçı öldürülüb, onlarla silahlı yaralanıb
ABŞ Yəmənə raket zərbələri endirib
Ərəb koalisiyasının qırıcıları Yəməni bobardıman edib
Yəməndə ərəb koalisiyasının vertolyotu qəzaya uğrayıb
Yəmən-Səudiyyə gərginliyi neftin qiymətinə necə təsir göstərəcək?
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

18
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

18
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

16
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

16