Prezident: Bəzi adamların var-dövlətini xaricə qaçırdıqlarını eşitdim

© AFP 2023 / ADEM ALTAN Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan: Tualetə gedərkən 1 milyon ödədiyimiz vaxtlar vardı

BAKI, 4 dekabr — Sputnik. "Bəzi iş adamlarının öz var-dövlətini xaricə qaçırmağa çalışdıqlarını eşidirəm. Buna icazə verilməyəcək, bu addımlar vətənə xəyanətdir".

Sputnik Türkiyə-nin məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Muş bölgə təşkilatının iclasındakı çıxışında deyib.

"Türkiyəni hərbi, iqtisadi və diplomatik cəhətdən böyüdərkən qonşularımız başda olmaqla yardıma ehtiyacı olanların yardımına qaçırıq. Bölgəmizin hər yerində bütün məzlumların yaralarına məlhəm olduq" — deyə prezident bildirib.

O, hakimiyyətdə olduqları müddətdə gördüyü işləri sadalayıb:

"15 il əvvəl pulumuzda 6 sıfır vardı, biz bu 6 sıfırı atdıq. Tualetə gedərkən 1 milyon ödədiyimiz vaxtlar vardı. İndi 1 lirəyə gedirik. Hazırda BVF-yə borcumuz yoxdur, BVF bizdən borc istəyir. Əvvəllər BVF-nin verdiyi 3-5 sentə möhtac olan Türkiyə vardı".

O, Türkiyədən xaricə qaçmaq istəyən iş adamları haqqında deyib: "Bəzi xəbərlər, siqnallar alıram. Bəzi iş adamlarının var-dövlətlərini xaricə qaçırmağa çalışdıqlarını eşidirəm. Buna icazə verilməyəcək, bu addımlar vətənə xəyanətdir".

Xəbər lenti
0