Ebru Gündeş və Rza Zərrab

Ebru Gündeşdən Ərdoğana Rza Zərrab müraciəti: “Türkiyəyə zərər verə bilər”

301
(Yenilənib 01:08 02.12.2017)
Həyat yoldaşım Rza Zərrabın ABŞ-a gedişi sıradan bir səfər deyil

BAKI, 2 dekabr — Sputnik. Türkiyənin tanınmış ulduzu Ebru Gündeş həyat yoldaşı, ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə açıqlama verib. Sputnik Azərbaycan "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətinə yaxın mənbələrdən məlumat verilib. Verilən məlumata görə, Ebru Gündeş həyat yoldaşı Rza Zərrabla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib. Tanınmış ulduz ərinin ölkəsinə zərər verəcəyindən qorxduğunu deyib.

"Həyat yoldaşım Rza Zərrabın ABŞ-a gedişi sıradan bir səfər deyil. Türkiyəyə zərər vermək məqsədilə gedə biləcəyindən qorxuram. Qorxuram ki, həyat yoldaşım Rza Zərrab Türkiyəyə zərər verə bilər", — deyə Ebru Gündeş Ərdoğana müraciət edib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da məhkəmədə dindirilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrab barədə danışıb. Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə görüşərkən bu barədə fikirlərini bildirib. Onun sözlərinə görə, R.Zərrab ABŞ məhkəməsində nə deməsinə baxmayaraq, Türkiyənin "alnı açıq"dır.

"Məhkəmədə nə deyirlər desinlər, prosesdə nə nəticə əldə olunur-olunsun, biz doğru olanı etdik. Embarqonu pozmadıq. Biz bu istiqamətdə ABŞ-a xəyanət etmədik. Bütün dünya Amerikadan ibarət deyil. Bizim İranla da ticarət və enerji sahəsində əməkdaşlığımız var", — deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da keçirilən məhkəmədə prokurorluğun təlimatı ilə hərəkət etməyə, Türkiyə əleyhinə hazırlanmış ittihamları təsdiqləməyə razılaşıb. R.Zərrab məhkəmədə İranın həmin ölkəyə qarşı tətbiq edilmiş sanksiyalardan necə yan keçməsi barədə danışıb. O, bu istiqamətdə Türkiyə hökumətini günahlandırıb.

Xatırladaq ki, ABŞ-da həbs edilən Azərbaycan əsilli iranlı iş adamı Rza Zərrabın cinayət işi "ABŞ Atillaya qarşı" şəklində dəyişdirilib. Həmin prosesdə təkcə "Halkbank" baş direktor müavini Hakan Atilla müttəhim kimi dindirilib. Rza Zərrab məhkəmədə Hakan Atillaya qarşı şahidlik edib.

Mehmet Hakan Atillanın vəkili Viktor Rokko Rza Zərrab haqqında şok fikirlər söyləyib. Vəkil Zərrabın həbs cəzasından qurtulmaq üçün yalan söyləməyə hazır olduğunu və etibarlı insan olmadığını bildirib. Rokko, Zərrabın içki, narkotik maddə və qadın üçün ABŞ həbsxanasının nəzarətçilərinə rüşvət verdiyini də söyləyib.

Müdafiə vəkili olan Rokko deyib: "Hakan Atilla və Zərrab nadir hallarda əlaqə qururlar və bir-birlərini xoşlamırlar".

Rza Zərrab ötən ilin 21 mart tarixində ABŞ-ın Mayami şəhərində əvvəl saxlanılır, ardından isə həbs edilir. ABŞ prokuroru Preet Bhararanın apardığı istintaq çərçivəsində çirkli pulların dövriyyəsi, bank dələduzluğu və İrana qarşı həyata keçirilən sanksiyaları pozmaq ittihamı ilə həbs edilən R.Zərrabın 75 il həbsi istənilir.

301
Teqlər:
Ebru Gündeş, Rza Zərrab, Ərdoğan, müraciət, həbs
Əlaqədar
"Zərrab ssenarisi" və Ərdoğanı yıxmaq üçün siqnal gözləyən iki məşhur
Ərdoğan Rza Zərrabın məhkəməsi barədə ilk dəfə danışdı
Zərrabın etirafları Türkiyədə hiddətə səbəb oldu: Böyük "kəllə" gedə bilər
Rza Zərrabın istintaqını Wall Street-i oyundankənar vəziyyətə salan prokuror aparır

Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"

51
"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz"

BAKI, 29 sentyabr — Sputnik. Qarabağ probleminin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Bu problemin bir həll yolu var: Ermənistan Azərbaycan torpaqlarından çəkilməlidir. Bu olmadığı müddətdə bu problem həll oluna bilməz. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik", - deyə Çavuşoğlu qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

51
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Sahibə Qafarova "TRT Haber"ə Ermənistanın hərbi təxribatları barədə müsahibə verib
Müdafiə Nazirliyi: Ermənistan ordusunun alay komandiri ağır yaralanıb
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Almaniya kansleri Angela Merkel, arxiv şəkli

Angela Merkel Prezident İlham Əliyevə zəng edib

107
İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır

BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb.

Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, mülki şəxslər həlak olub və yaralanıblar, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.

Fransa Prezidenti Emmanuel Makron, arxiv şəkli
© AFP 2020 / GONZALO FUENTES / POOL

Dövlətimizin başçısı bildirib ki, bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən ölkəmizə qarşı hərbi təxribatlar törədilib və bunların nəticəsində hərbçilərimiz və mülki şəxslərimiz həlak olub. Prezident İlham Əliyev bu təxribatları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin davamı olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dalıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Ermənistanın müdafiə naziri yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyib və bu plan reallıqda həyata keçirilir.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.

Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, hərbi cinayət sayılır.

Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.

107
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş olub
İlham Əliyev Türkiyə prezidentinə təşəkkür edib
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı
Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq
"Qoşunların təmas xətti boyu əməliyyatlar davam edir, bu, vətən müharibəsidir!

Bakı bayrağımızın rənglərinə boyandı - FOTO

0
(Yenilənib 15:16 29.09.2020)
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarından sonra paytaxtın küçələri dövlət bayrağı rənginə boyanıb. Ətraflı Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.

Ordumuzun qələbələri və işğal olunmuş bir sıra kəndlərin azad edilməsi barədə xoş xəbərlər paytaxt sakinlərini ruhlandırıb. Azərbaycan hərbçilərinə dəstək vermək üçün vətəndaşlar öz evlərinin pəncərələrində və balkonlarında dövlət bayraqlarını asıblar. Bayraqları avtomobillərə bərkidirlər, bəziləri isə sadəcə Azərbaycan trikoloruna bürünərək gəzirlər.

Xatırladaq ki, əks-hücum zamanı Azərbaycan Ordusu Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndlərini azad edib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində düşmənin bir neçə postu məhv edilib, bu yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə götürülüb.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücum zamanı cəbhənin Goranboy istiqamətində strateji yüksəkliklərdən birini – Murovdağ silsiləsinin Murov zirvəsini azad ediblər. Azərbaycan Ordusu Talış kəndi ətrafında da bir neçə əlverişli yüksəkliyi Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

  • © Sputnik / Murad Orujov

    Bakıda vəziyyət

Teqlər:
Azərbaycan bayrağı, Bakı, fotolent