Öz-özünə ərə gedən qadın da xəyanətkar çıxdı

© Photo : Youtube / This MorningSofi Tenner
Sofi Tenner - Sputnik Azərbaycan
Abunə olmaq
Onların münasibəti 5 ay davam etdikdən sonra Barret də Tennerdən nümunə götürərək özü-özü ilə evlənib

BAKI, 2 dekabr — Sputnik. Öz-özünə ərə gedən britaniyalı qadın xəyanətini etiraf edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iki il əvvəl öz-özünə ərə gedən britaniyalı Sofi Tenner nikahına xəyanət etdiyini etiraf edib.

TV proqramlardan birində çıxış edən Sofi Ruari Barret adlı biri ilə macəra yaşadığını etiraf edərək bildirib ki, əvvəllər də çoxbucaqlı münasibətlərin tərəfdarı olub.

Onların münasibəti 5 ay davam etdikdən sonra Barret də Tennerdən nümunə götürərək özü-özü ilə evlənib.

"Ölüm onları ayırana qədər ayrılmayacağına" and içən Sofi Tenner isə özündən boşanmağı düşünmür.

Tennerin toyu 2015-ci ilin may ayında onlarla qonağın iştirakı ilə baş tutub. Sonra qadın səyahətə yollanıb.

Xəbər lenti
0