Yumruq, arxiv şəkli

“Facebook”da hər “like” görə bir yumruq... - Video

57
(Yenilənib 01:01 02.12.2017)
Kişi özündən 11 yaş kiçik həyat yoldaşını tanınmaz hala salıb

BAKI, 2 dekabr — Sputnik. Uruqvayda yaşanan dəhşətli ailə dramı bütün dünyanı ayağa qaldırıb. Belə ki, qadın “facebook” səhifəsində paylaşdığı şəkilə görə əri tərəfindən tanınmaz hala salınıb.

Sputnik Azərbaycan "Türkhaber"-ə istinadən xəbər verir ki, hadisə qadın dizindən əməliyyat olunan zaman aşkarlanıb. Bundan sonra onun həyat yoldaşı həbs edilib. Məlum olub ki, Adolfina Camelli Ortigoza adlı kişi həyat yoldaşının “facebook”da paylaşdığı şəkilə qoyulan hər "like"-ə görə ona bir yumruq zərbəsi vururmuş.

Sonradan o da aydın olub ki, 32 yaşlı Adolfina Camelli Ortigoza özündən 11 yaş kiçik olan həyat yoldaşını dəfələrlə döyüb, tanınmaz hala salıb. Qısqanc ər həbs edilib və 30 il azadlıqdan məhrum edilib.

57
Teqlər:
Qısqanc ər, Uruqvay, döyülmə, facebook, həbs
Əlaqədar
Gündüz: “Facebook ödənişli siyasətə keçib”
Mustafa: “Facebook-un ödənişli siyasətə keçməsinə təəccüblənmək lazım deyil”
İnternetin yaradıcısı “Google” və “Facebook”-dan niyə narazıdır?
"Facebook"-da yazdığınıza fikir verin, daha silə bilməyəcəksiz
Azərbaycanlı facebook istifadəçiləri üçün vacib xəbər
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

0
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

0
İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya)

İstanbuldakı tarixi kilsəyə rəsmən məscid statusu verilib

339
(Yenilənib 17:42 10.07.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin muzey statusunun dəyişdirilərək məscid edilməsinə qərar verib

BAKI, 10 iyul — Sputnik. İstanbuldakı Müqəddəs Sofiya kilsəsi (Ayasofya) yenidən rəsmi olaraq məscid statusu alıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Reuters məlumat yayıb.

1934-cü ildə məhkəmə Türkiyə Nazirlər Kabinetinin Ayasofyanı məscid etmək qərarını qanunsuz sayaraq ləğv edib. O vaxt tarixi pravoslav kilsəsi muzey statusu alıb.

Türkiyəli jurnalistlər bir gün əvvəl kilsə ilə bağlı qərarın iyulun 10-da səsləndiriləcəyini açıqlamışdılar.

Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatları Türkiyənin Böyük Millət Məclisinə bu məsələ ilə bağlı müraciət layihəsini açıqlayıblar. Deputatların fikrincə, kilsənin statusunun dəyişdirilməsi Rusiya vətəndaşları üçün həssas məsələdir. Onlar türk hökumətini "dünya miqyaslı muzey statusunun tələm-tələsik dəyişdirilməsi" nəticəsində dəyə biləcək zərərin qarşısını almağa çağırıblar.

İyunun 5-də Prezident Rəcəb Tayyib Ərdoğan öz köməkçilərinə Müqəddəs Sofiya kilsəsini rəsmən məscidə çevirmək üçün hazırlıqlara başlamaq məqsədilə araşdırma aparmağı tapşırıb. İyulun 2-də Türkiyə Ali Məhkəməsi qərara alıb ki, İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin statusu ölkə Prezidentinin fərmanı ilə dəyişdirilə bilər.

Sofiya kilsəsi eramızın VI əsrində imperator Yustinianın əmri ilə inşa edilib. Türklər Konstantinopolu tutandan sonra onu məscid ediblər. Lakin 1935-ci ildə Ayasofyaya Prezident Mustafa Kamal Atatürk tərəfindən muzey statusu verilib.

339