Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

General məhkəmə qərarına etiraz olaraq canlı yayımda zəhər içdi

© AFP 2023 / Robin van Lonkhuijsen / POOL Xorvat general Slobodan Pralyak, arxiv şəkli
Xorvat general Slobodan Pralyak, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən Pralyak hakimə zəhər qəbul etdiyini bildirib

BAKI. 29 noyabr — Sputnik. Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib.

APA-nın verdiyi məlumata görə, məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən Pralyak hakimə zəhər qəbul etdiyini bildirib.

Pralyak məhkəmənin qərarından sonra stəkandakı mayeni içib. Vəkili stəkanda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəməni bağlı elan edib. Pralyakın sağlıq durumu haqqında məlumat verilmir.

Qeyd edək ki, Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0