Türkiyə-Ermənistan sərhəddinə qoşun yeridildi

© Photo : Turkish Military/Pool Photo via APTürk tankları, arxiv şəkli
Türk tankları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağır qış şəraitində keçirilən əməliyyat zamanı terrorçulara aid sığınacaqlar helikopterlər və T-155 zirehli özüyeriyən topları ilə bombalanıb

BAKI, 29 noyabr — Sputnik. Türkiyə Ermənistan Respublikası ilə sərhəddə geniş antiterror əməliyyatlarına başlayıb.

Sputnik Azərbaycan Milliyet-ə istinadən xəbər verir ki, sərhəddə yerləşən Ağrı əyalətinin Doğubayazıt rayonunun Tendürək dağı ətəklərində keçirilən əməliyyata bombardmançı helikopterlər, ağır texnika və xüsusi təyinatlılar cəlb edilib. 

Ağır qış şəraitində keçirilən əməliyyat zamanı terrorçulara aid sığınacaqlar helikopterlər və T-155 zirehli özüyeriyən topları ilə bombalanıb. 

Ağrı əyaləti Jandarm Komandanlığından bildirilib ki, əməliyyat qış mövsümü ərzində Ağrı və Tendürek dağları başda olmaqla bütün bölgədə fasiləsiz olaraq, aparılacaq.

Xəbər lenti
0