İstanbul Universiteti

Məşhur universitetdə yanğın

18
(Yenilənib 14:55 29.11.2017)
Tələbələr hamısı binadan təxliyyə edilib

BAKI, 29 noyabr — Sputnik. İstanbul Universitetinin Beyazıt səmtində yerləşən korpusunda yanğın olub. Sputnik Azərbaycan bu barədə "Sözcü"-yə istinadən xəbər verir ki, tələbələr hamısı binadan təxliyyə edilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib. Sonradan yanğın söndürülüb. Yaralılar barədə hələlik məlumat verilmir.

18
Teqlər:
İstanbul Universiteti, tələbə, yanğın
Əlaqədar
İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”
Beş yaşa qədər uşaqlar üçün universitet açıldı
Universitetdə böyük əməliyyat: 42 nəfər barəsində həbs qərarı
Bakı Dövlət Universitetinin fəaliyyətə başladığı gün
Azərbaycanlı alim Harvard Universitetində tədqiqat aparacaq
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

3
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Mövzu:
Dünyanı cənginə almış bəla
ABŞ-da epidemioloji vəziyyət

Amerikalı gənclər COVID-19 gecələri keçirir, ilk yoluxana isə mükafat verilir

86
(Yenilənib 23:47 03.07.2020)
Əyləncə gecələri Tuskaluza şəhərində keçirilir və yoluxmuş insanlar qəsdən ora dəvət edilir ki, sağlam iştirakçılar da yoluxsun.

BAKI, 3 iyul — Sputnik. ABŞ-ın Alabama ştatında bəzi gənclər koronavirusu olan insanların iştirakı ilə COVID-19 əyləncə gecələri təşkil edirlər.

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bu əyləncə gecələrində ilk yoluxan iştirakçıya pul mükafatı verilir.

Əyləncə gecələri Tuskaluza şəhərində keçirilir və yoluxmuş insanlar qəsdən ora dəvət edilir ki, sağlam iştirakçılar da yoluxsun. Bu barədə CNN-ə şəhər şurasının üzvü Sonia MakKinstri bildirib. O, əvvəlcə bu barədə yanğınsöndürənlərdən eşitdiyini deyib.

"Əvvəlcə fikirləşdik ki, bu, sadəcə bir şayiədir. Biz bəzi tədqiqatlar apardıq və təkcə həkimlər deyil, həm də ştat rəsmiləri belə məlumatların olduğunu təsdiqlədilər", - o bildirib.

MakKinstri deyib ki, yanğınsöndürənlərin rəisi Rendi Smit də bu həftə şəhər şurasında çıxışı zamanı şəhər gənclərinin əyləncə gecələri təşkil etdiklərini və koronavirusa yoluxanlara pul verdiklərini deyib.

O bildirib ki, həkim tərəfindən koronavirusa yoluxduğu təsdiqlənən ilk şəxs əyləncə gecəsinin biletlərinin satışından əldə olunan pulları qazanır. Son bir neçə həftə ərzində şəhər və onun ətrafında bir neçə belə əyləncə gecəsi təşkil olunub və yəqin ki, rəsmilər onların bəzisindən heç xəbərdar deyil.

Alabama ştatında təxminən 39000 insan koronavirusa yoluxub və 1000 nəfər ölüb.

Dünən ABŞ-da sutkalıq yoluxma faktlarının sayı rekord qıraraq 55 mini keçib.

86
Mövzu:
Dünyanı cənginə almış bəla