Türk ordusu daxilində misli görünməmiş "təmizləmə" əməliyyatı başladı

© AFP 2023 / Iakovos HatzistavrouTürkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Onların fərqli vəzifələrdə Gülən şəbəkəsi lehinə aktiv çalışdığı müəyyən olunub

BAKI, 29 noyabr — Sputnik. İstanbulda FETÖ terror təşkilatının ordu daxilindəki mənsublarına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Sputnik Türkiyə xəbər verir ki, 333-ü hərbçi olmaqla, 360 şübhəli haqqında həbs qərarı verilib.

333 əsgərdən 216-nın fərqli vəzifələrdə Gülən şəbəkəsi lehinə aktiv çalışdığı müəyyən olunub. Onlardan yeddisi hərbi pilotdur.

Türk polisi bu səhərdən etibarən İstanbuldan savayı bir çox vilayətlərdə də əməliyyata başlayıb. Proses davam edir.

Xəbər lenti
0