Zəvvarlar

"İnsanlar Məkkə Mədinədə ibadət əvəzinə telefonda vaxt keçirirlər"

132
(Yenilənib 17:02 27.11.2017)
Ərdoğan: "Biz texnofobiyası olan, yəni texniki inkişafdan qorxan insanlar deyilik"

BAKI, 27 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda "Texnologiya Asılılığı" adlı tədbirdə çıxış edib. O, texnoloji inkişafdan yana olduqlarını, ancaq insanların texnologiyadan asılılığına qarşı çıxdıqlarını söyləyib. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.

"Əslində texnologiya həyatımızı asanlaşdırmaq üçündür. Ancaq təəssüf ki, getdikcə faydasızlaşır və həyatımızı əlimizdən alır. Yanlış anlaşılmasın, problem texnologiyada deyil. İnsanın özündədir. Məkkədə və Mədinədə belə insanlar, ibadətlə məşğul olmaq əvəzinə telefonda vaxt keçirirlər" — Ərdoğan qeyd edib.

Prezident sonda əlavə edib ki, əsas olan texnologiyanı necə anladığınız və onun həyatınızın harasında olmasıdır: "Biz texnofobiyası olan, yəni texniki inkişafdan qorxan insanlar deyilik. Biz elmi inkişafların hansı məqsədlə istifadə edildiyinə baxarıq".

132
Teqlər:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Mədinə, Məkkə, İstanbul
Əlaqədar
Millət vəkili: Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyəti deyil
Putin: İŞİD terror təşkilatı Məkkə, Mədinə və Qüdsü təhdid edir
Jurnalistlərə Həcc vaxtı Məkkə və Mədinəyə getmək qadağan olunub
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0