Ankarada antiterror əməliyyatı: saxlanılan şəxs hər kəsi heyrətləndirdi

© AFP 2023 / YASIN AKGULTürk polisi, arxiv şəkli
Türk polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terror təşkilatının üzvlərinə qarşı əməliyyatlar davam etdirilir

BAKI, 27 noyabr — Sputnik. Türkiyənin paytaxtı Ankarada polis PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, əməliyyat zamanı 17 nəfər şübhəli şəxs saxlanılıb.

Şübhəlilər arasında tanınmış bir şəxs də var — akademik Fikrət Başkaya. Onun terror təşkilatına dəstək verməsi faktının üzə çıxması ölkə ictimaiyyəti və hüquq-mühafizə orqanlarının təəccübünə səbəb olub.

© Photo : Umut-SenAkademik Fikrət Başkaya
Akademik Fikrət Başkaya - Sputnik Azərbaycan
Akademik Fikrət Başkaya

Polisin terrorla mübarizə üzrə şöbəsinə gətirilən şübhəlilər, PKK-nın siyasi təbliğatını aparmaqda təqsirləndirilir. Terror təşkilatının üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.

Xəbər lenti
0