Terrorçular şəhəri işğal etdilər, sakinlər meşəyə qaçdı

© REUTERS / StringerЖертвы нападения террористической группировки Боко Харам в Нигерии
Жертвы нападения террористической группировки Боко Харам в Нигерии - Sputnik Azərbaycan
Abunə olmaq
Radikal "Boko Haram" qruplaşması Nigeriya, Niger, Çad və Kamerunda fəaliyyət göstərir

BAKI, 26 noyabr — Sputnik. "Boko Haram" təşkilatının silahlıları Nigeriyada şəhəri ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli sakinlərə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qruplaşma üzvləri ölkənin şimalındakı Maqumeri şəhərini işğal ediblər. Şahidlərdən ikisi bildirib ki, şəhərin sakinləri yaxınlıqdakı meşəyə qaçıblar. Adının çəkilməsini istəməyən hərbi mənbə isə bildirib ki, şəhər hücuma məruz qalıb. Lakin o, şəhərin silahlılar tərəfindən ələ keçirildiyini təsdiqləməyib.

Radikal "Boko Haram" qruplaşması Nigeriya, Niger, Çad və Kamerunda fəaliyyət göstərir. O, 2015-ci ildə İŞİD terror qruplaşmasına sədaqət andı içib.

Xəbər lenti
0