Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT Suriya ilə bağlı tarixi sənədi rəsmən qəbul etdi

© AFP 2023 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 22-də Soçi şəhərində bir araya gələn Putin, Ərdoğan və Həsən Ruhani Suriyadakı problemin həlli ilə bağlı birgə bəyanat yayıblar

BAKI, 25 noyabr — Sputnik. Suriya probleminin həlli ilə bağlı Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin hazırladıqları birgə bəyannamə BMT-də rəsmi bəyanat olaraq yayımlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Soçidə razılaşdırılan sənən BMT Təhlükəsizlik Şurasında rəsmi sənəd sayılıb.

Təhlükəsizlik Şurasının İtaliyadan olan baş katibi Sebastiano Kardi deyib ki, Rusiya, Türkiyə və İranın BMT-dəki daimi təmsilçilərinin müraicətləri qəbul olunub: "Onların bizə təqdim elədikləri sənəd Birləşmiş Millətlər Təşkilatının rəsmi sənədi sayılacaq".

Qeyd edək ki, noyabrın 22-də Soçi şəhərində bir araya gələn Putin, Ərdoğan və Həsən Ruhani Suriyadakı problemin həlli ilə bağlı birgə bəyanat yayıblar. Onlar, Suriyada gərginliyin azaldılması prosesinin, terrorun bitirilməsi üçün birgə əməkdaşlığın davam edəcəyini açıqlayıblar.

Xəbər lenti
0