SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Ərəb liderlər yox, ərəb xalqlar sülhə maneədir"

© AFP 2023 / JACK GUEZ Netanyahu
Netanyahu - Sputnik Azərbaycan
Abunə olmaq
Knessetdə keçirilən iclasda danışan Netanyahu mülayim ərəb dövlətləri ilə əməkdaşlığa hazır olduqlarını söyləyib

BAKI, 24 noyabr — Sputnik. Ərəb ölkələri ilə əməkdaşlıq mesajı verən İsrailin baş naziri Binyamin Netanyahu, qarşılarındakı əngəlin ərəb liderlər yox, ərəb xalqları olduğunu deyib. Sputnik Azərbaycan "Jerusaleem Post"-a istinadən xəbər verir ki, Netanyahu bu barədə ölkə parlamenti Knessetdəki çıxışı zamanı bildirib.

Misirin keçmiş prezidenti Ənvər Sədatın İsrailə səfərinin 40-cı il dönümü münasibətilə Knessetdə keçirilən iclasda danışan Netanyahu mülayim ərəb dövlətləri ilə əməkdaşlığa hazır olduqlarını söyləyib.

"Sülhün möhkəmlənməsi önündəki ən böyük əngəl ərəb ölkələrindəki liderlər yox, həmin ölkələrin xalqlarıdır. Təəssüf ki, problem vaxtilə həmin bölgələrdə İsrailin yanlış tanıdılması ucbatından yaranıb" — Netanyahu qeyd edib.

Xəbər lenti
0