Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dolların bahalaşacağı gün bəlli oldu

© AFP 2023 / Karen BLEIERABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Mərkəzi Bankının oktyabrın 31-dən noyabrın 1-dək keçirdiyi iclasın protokolları açıqlanıb

BAKI, 23 noyabr — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) oktyabrın 31-dən noyabrın 1-dək keçirdiyi iclasın protokolları açıqlanıb.

Sputnik Azərbaycan "Bloomberg"ə istinadla xəbər verir ki, FED-in protokollarına görə, rəsmilərin əksəriyyəti faiz dərəcələrinin artırılmasının qısamüddətli perspektivdə təmin ediləcəyini düşünür. Sənədlər ancaq inflyasiya ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərib.

FED rəsmiləri sözügedən iclasda faiz artımına getməyib. Ancaq mərhələli şəkildə faiz artımının davam etməsi ilə yanaşı, dekabr ayında keçiriləcək iclasda uçot dərəcəsinin qaldırılması gözlənilir.

ABŞ-da işsizlik səviyyəsi 16 ilin ən aşağı səviyyəsindədir. Ancaq inflyasiya FED-in 2 faiz olan hədəfinin olduqca altında qalmağa davam edir.

FED rəsmiləri 2018-ci ildə daha 3 faiz artımı proqnozlaşdırırlar.

Qeyd edək ki, FED-in növbəti iclası dekabrın 12-13-də baş tutacaq.

Xəbər lenti
0