Atatürk hava limanında sərnişinlər

İstanbulu qana boyayan şəxs Tbilisidə öldürüldü

224
(Yenilənib 11:45 23.11.2017)
Çatayev dünən günorta saatlarında məhv edilib

BAKI, 23 noyabr — Sputnik. Dünən günorta saatlarında Gürcüstanın paytaxtı Tbilisidə antiterror əməliyyatı keçirilib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, əməliyyat zamanı öldürülən şəxslər arasında İstanbul Atatürk Beynəlxalq Hava Limanında törədilən terror aktının təşkilatçılarından biri də olub.

Həmin şəxs, "Tək qol" ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. Məlumata görə, Çatayev 2012-ci ildən İŞİD terror qruplaşmasının başçılarından olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. O, ötən gün Tbilisidə məhv edilib.

Əhməd Receboviç Çatayev
© Photo : Milliyet
Əhməd Receboviç Çatayev

Xatırladaq ki, 2016-cı il iyunun 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında 3 kamikadze terror aktı törədib. Partlayış zamanı 47 nəfər ölüb, 250-yə yaxın insan yaralanıb.

224
Teqlər:
Əhməd Receboviç Çatayev, antiterror əməliyyatı, İstanbul Atatürk Beynəlxalq Hava Limanı, Tbilisi, Gürcüstan, paytaxt
Əlaqədar
Terrorçular qanun keşikçilərinə atəş açdılar
Paytaxtda 100-dən artıq terrorçu ələ keçirildi
Terror aktı nəticəsində ölənlərin sayı 100 nəfəri ötdü
Vaşinqtonda terror həyəcanı: Ağ Evə gedən yol bağlandı, Tramp şəhəri tərk etdi
Terrorçulara qarşı daha bir əməliyyat: ölən və yaralananlar var
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

6
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

6
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

5
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

5
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

5
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

5
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması