Beləsi görünməmişdi: 37 yaşın ola, 38 uşağın

© AP Photo / Denis FarrellAfrikalı uşaqlar
Afrikalı uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır

BAKI, 22 noyabr — Sputnik. Uqandanın Kambirbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, afrikalı Marian Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib.

Hazırda qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır. Nabatanzi uşaqlarının 6-sı əkiz, 4-ü üçəm, 3-ü dördlük və 2-sini tək dünyaya gətirib.

10-u qız, 28-i oğlan olan uşaqların atası bir nəfərdir. Lakin ata ötən il evi tərk edib və səyyar şəkildə şəfalı otlar sataraq övladlarını dolandırır.

Xəbər lenti
0