Голосование в Совете безопасности ООН, фото из архива

ABŞ Rusiya səfirliyinin atəşə tutulmasını dəstəkləyir?

24
(Yenilənib 08:11 21.11.2017)
Rusiyanın Dəməşqdəki səfirliyi qumbaraatanlardan atəşə tutulub

BAKI, 21 noyabr — Sputnik. Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Rusiya nümayəndə heyəti səfirliyin atəşə tutulması ilə əlaqədar BMT TŞ-də hücumu pisləyən bəyanat yayıb.

Ötən gün Rusiyanın Dəməşqdəki  səfirliyi qumbaraatanlardan atəşə tutulub. Nəticədə səfirliyin binasına ziyan dəyib, binanın elektrik xətləri və su təchizatı sistemi zədələnib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bir neçə dəfə bloklayıb.  

24
Teqlər:
BMT TŞ, Dəməşq, Rusiya, ABŞ
Əlaqədar
Rusiya Azərbaycanı Avrasiya İqtisadi İttifaqına dəvət etdi
Rusiya əhalisinin sayı kəskin azalacaq
Sadıxov: “Rusiya münaqişənin həllində yeni təkliflər irəli sürmək istəyir”
Rusiya və ABŞ prezidentləri sabah Vyetnamda görüşəcəklər