Bu şəhərdə ibadət etməyə yer yoxdur

© Photo : LENTANamaz qılan adamlar
Namaz qılan adamlar - Sputnik Azərbaycan
Abunə olmaq
Osmanlı dövründə burada 273 məscid olub

BAKI, 19 noyabr — Sputnik. Serbiyanın paytaxtı Belqrad şəhərində yaşayan 20 min nəfər müsəlmanın ibadət etməsi üçün, demək olar ki, heç bir yer yoxdur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Osmanlı dövründə bu şəhərdə 273 məscid olub. İndi isə, cəmi bir məscid — 1575-ci ildə inşa edilmiş "Bayraqlı məscid"i qalıb.

Yerli müsəlmanlar Zəmun çölü rayonunda məscid tikməyə çalışsalar da, hökumət onu dağıdıb. İndi müsəlmanlar açıq havada, dağıntıların ətrafında ibadət edirlər.

Xəbər lenti
0