Möcüzəyə imza atıldı: insan başı köçürüldü

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidCərrahi əməliyyat, arxiv şəkli
Cərrahi əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İlk 18 saatlıq əməliyyat Çində meyit üzərində keçirilib

BAKI, 17 noyabr — Sputnik. Dünyada ilk dəfə insan başının köçürülməsi əməliyyatı həyata keçirilib. Sputnik Azərbaycan “The Telegraph”a istinadən xəbər verir ki, 18 saatlıq əməliyyat Çində meyit üzərində keçirilib.

Əməliyyat zamanı onurğa sümüyü, sinir və qan damarları bərpa edilib. Uğurlu baş köçürmə əməliyyatı haqqında italiyalı neyrocərrah Sercio Kanavero Vyanada keçirilən mətbuat konfransında məlumat verib.

Əməliyyat həkim Xiopinq Renin başçılığı ilə Çində yerləşən Harbin Tibb Universitetinin komandası tərəfindən həyata keçirilib. Kanaveronun sözlərinə görə, bu yaxınlarda canlı insana baş köçürülməsi də həyata keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında neyrocərrah baş köçürülməsi əməliyyatı həyata keçirmiş heyvanların (siçan və it) videosunu paylaşmışdı. Təcrübə zamanı heyvanlar üzərində onurğa beyni ilə minlərlə neyron arasında əlaqənin bərpa edilməsi üçün polietilen-qlikol istifadə edilmişdi.

Meyit üzərində aparılan əməliyyat, neyrodegenerativ problemdən əziyyət çəkən rus proqramçının başının dəyişdirilməsinə hazırlıq çərçivəsində reallaşdırılıb. Amma bu əməliyyatın həyata keçiriləcəyi haqda heç bir ciddi sübut yoxdur.

Xəbər lenti
0