Мужчина в наручниках, фото из архива

Universitetdə böyük əməliyyat: 42 nəfər barəsində həbs qərarı

803
(Yenilənib 16:56 17.11.2017)
Dünən ölkənin 30 vilayətində 108 nəfər keçmiş polis əməkdaşı FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs olunmuşdu

BAKI, 17 noyabr — Sputnik. Türkiyənin Mərmərə Dövlət Universitetində FETÖ şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 42 nəfərlə bağlı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, barəsində həbs qərarı verilən 42 şəxsdən 22-si artıq həbs olunub.

Yerdə qalan 20 nəfərin tutulması istiqamətində iş aparılır. 24 nəfərin Mərmərə Universitetindəki iş otağında axtarış aparılır.

Qeyd edək ki, dünən ölkənin 30 vilayətində 108 nəfər keçmiş polis əməkdaşı FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs olunmuşdu. 

803
Teqlər:
polis əməkdaşı, həbslər, FETÖ şəbəkəsi, Mərmərə Dövlət Universiteti
Əlaqədar
Türkiyədə daha bir "FETÖ fırtınası"
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi
FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi həbs olundu
Silah, qan və FETÖ düyünü...
Türkiyədə növbəti FETÖ "zəlzələsi"