Avropaya səyahət etmək istəyənlərə kəskin xəbərdarlıq

© Photo : Pauldorpat.comAvropa əhalisi. Arxiv şəkli
Avropa əhalisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəbərdarlıq Avropa ölkələrində terror aktlarının baş verə biləcəyi ehtimalı ilə əlaqədardır

BAKI, 17 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti (DD) amerikalılara Avropaya səyahətlə bağlı xəbərdarlıq edib. Sputnik Azərbaycan "Mirror"-a istinadən xəbər verir ki, bu barədə DD-dən rəsmi bəyanat yayılıb.

"Vətəndaşlarımız Avropa ölkələrinə səyahət edən zaman aksiya, əyləncəvi tədbirlər və s. bu kimi proqramlar zamanı diqqətli olmalıdırlar. Xəbərdarlıq 2018-ci il yanvarın 31-dək qüvvədə olacaq" — açıqlamada bildirilir.

Məlumata görə, ABŞ-dan edilən xəbərdarlıq yeni il ərəfəsində Avropa ölkələrində terror aktlarının baş verə biləcəyi ehtimalı ilə əlaqədardır. Departamentin bəyanatında keçən ilin sonunda İstanbulda "Reina" gecə klubunda və Almaniyanaın paytaxtı Berlində törədilən terror aktları xatırladılıb.

Xəbər lenti
0