Qəbiristanlıq, arxiv şəkli

Erməni qəbiristanlığının üstündəki tualet söküləcək

213
(Yenilənib 13:56 17.11.2017)
Nazir: "Orada tualet tikintisi mədəni prinsiplərə uyğun gəlmir"

BAKI, 17 noyabr — Sputnik. Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, 2018-ci il büdcəsinin müzakirələri zamanı parlamentdə millət vəkillərinin suallarını cavablandırıb. Sputnik Türkiyə xəbər verir ki, sual-cavab əsnasında Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Qaro Paylan nazirə maraqlı sual ünvanlayıb.

O, Van vilayətinin Ərdəmit qəsəbəsində erməni qəbiristanlığı üzərində inşa edilən ayaqyolunun sökülüb-sökülməyəcəyini soruşub. Kurtulmuş, qeyd olunan ərazidə tualet tikintisinin mədəni prinsiplərə uyğun gəlmədiyini, ümumiyyətlə o tikilinin qanunsuz olduğunu və sökülməsi üçün qərar verildiyini bildirib.

"Nazirliyimiz bu məsələ üzərində çalışır" — Kurtulmuş əlavə edib.

213
Teqlər:
erməni qəbiristanlığı, tualet, Numan Kurtulmuş, Türkiyə, nazir
Əlaqədar
Artıq qəbirlər belə olacaq
Azərbaycanda ilanların mühafizə etdiyi qəbir kimindir
Məşhur rəssamı qəbirdən çıxaracaqlar
Azərbaycanda nəhəng qəbir aşkarlanıb: sinə daşını 5-6 nəfər yerindən tərpədə bilmir
Qəbiristanlığı partlatdılar: 18 nəfər öldü