Kimyəvi silah

Bəşər Əsədin ən yaxın adamından etiraf: “O, PKK-ya kimyəvi silah ötürdü”

768
(Yenilənib 22:18 16.11.2017)
General Sakid, Əsəd-PKK ittifaqından Amerikanın xəbərdar olduğunu deyib

BAKI, 16 noyabr — Sputnik. 2012-ci ilədək Suriyada Kimyəvi Silahlar üzrə Komitəyə rəhbərlik edən, daha sonra vəzifəsindən istefa verən general Zahir Sakid, Bəşər Əsəd rejiminin PKK-ya xardal qazı ötürdüyünü söyləyib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

"Ən qorxulu kimyəvi silah sayılan xardal qazı artıq 5 ilə yaxındır PKK terrorçularında mövcuddur" – general deyib. O bildirib ki, rejimlə terrorçular arasında əldə olunan razılığa əsasən, PKK-ya içərisinə xardal kapsulu yeridilmiş 100 ədəd raket verilib.

"Bəşər Əsəd rejimi və PKK terror təşkilatı, bu silahların Türkiyəyə və rəsmi Ankaranın dəstəklədiyi suriyalı müxaliflərə qarşı istifadə ediləcəyi barədə razılaşdılar. Sonuncu kimyəvi silah təslimi Deyr əz-Zor bölgəsində gerçəkləşib" – Zahir Sakid qeyd edib.

General Sakid, Əsəd-PKK ittifaqından Amerikanın xəbərdar olduğunu da bildirib.

768
Teqlər:
Deyr əz-Zor, Kimyəvi Silahlar üzrə Komitə, general Zahir Sakid, PKK, Bəşər Əsəd rejimi, Suriya, Türkiyə
Əlaqədar
ABŞ-dan xain etiraf: PKK-nı Türkiyədən qoruyacağıq
İsraildən açıqlama: "Biz PKK-nı terrorçu olaraq görürük, amma..."
İrandan Türkiyəyə sürpriz "PKK" təklifi
PKK-dan Amerikaya çağırış: türkləri durdurun
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

706
(Yenilənib 14:06 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sukar: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sukar söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

706
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Tramp İsrail ərəblər arasında imzalanacaq sazişin tarixini açıqladı

10
(Yenilənib 12:37 14.08.2020)
BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı

BAKI, 14 avqust — Sputnik. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail üç həftə ərzində Birləşmiş Ştatların ərazisində sülh sazişi imzalayacaqlar. Sputnik Azərbaycan "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib.

"Mən çox yaxın vaxtda Ağ Evdə sazişin formal imzalanmasını qəbul etməyə hazırlaşıram. Böyük ehtimalla biz bunu yaxın üç həftə ərzində edəcəyik", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb. BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.

Xatırladaq ki, BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalamışdı.

 

10
Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində yeni təyinat - Rüfət Həsənov direktor oldu

0
(Yenilənib 15:13 14.08.2020)
Bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

 

BAKI, 14 avqust — Sputnik. Həsənov Rüfət Rauf oğlu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Sənət fəaliyyətinə ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan rejissor Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

R.Həsənov 2013-2017-ci illərdə Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

0
Əlaqədar
Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi