Türkiyəli millət vəkili Metin Külünk, arxiv şəkli

Türkiyədən sərt açıqlama: Suriya ABŞ-a ikinci Vyetnam olacaq

187
(Yenilənib 23:27 15.11.2017)
Deputat: “Çini idarə edəcəyəm deyib, bu işi Suriya üzərindən güdməyə çalışanlar qorxunc sonluqla qarşılaşacaqlar”

BAKI, 16 noyabr — Sputnik. Türkiyənin hakim "Ədalət və İnkişaf" partiyasından (AKP) olan millət vəkili Metin Külünk, Suriyanın Amerika üçün ikinci Vyetnam olacağını söyləyib. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

AKP-li deputat parlamentdə təşkil etdiyi mətbuat konfransında, qlobal siyasətin daxili siyasətin ayrılmaz parçası olduğunu söyləyib.

"ABŞ-ın Raqqadakı əməliyyat sonrası İŞİD-i sanki bizə qarşı şirnikləndirmə səylərini qınayırıq. Halbuki, İran, Rusiya və Türkiyə olaraq biz birlikdə hərəkət edərək Suriyada sülh üçün lazımi addımlar atırıq. Ancaq Amerika sanki bu fəaliyyətimizi puça çıxarmaq üçün İŞİD, PKK və FETÖ kimi terror təşkilatlarından yararlanır. Açıq söyləyirəm, Birləşmiş Ştatlar İŞİD, PKK və FETÖ vasitəsilə Türkiyə, İran və Rusiyanı parçalayaraq xəritə dəyişikliyi etmək istəyir" – Metin Külünk qeyd edib.

"Çini idarə edəcəyəm deyib, bu işi Suriya üzərindən güdməyə çalışanlar qorxunc sonluqla qarşılaşacaqlar. Suriya ABŞ-a ikinci Vyetnam olacaq. Təəssüf ki, amerikalı dostlarımız bölgənin tarixini düzgün oxuya və nəticə çıxara bilmirlər. İran, Rusiya, Türkiyə qədim və milli adət-ənənələrə sahib çıxan dövlətlərdir. Hansısa banan ölkələri deyil" – millət vəkili əlavə edib.

187
Teqlər:
FETÖ, xəbərdarlıq, PKK, Raqqa, Suriya, Türkiyə, ABŞ, İŞİD
Əlaqədar
Trampla Putindən birgə Suriya bəyanatı
Suriyaya və İraqa gedib döyüşmək istəyən 82 şəxs saxlanıldı
İŞİD-in Suriyadakı son dayaq nöqtəsi azad edilib
Suriya və İraqda döyüşlərdə iştirak etmiş şəxslər tutuldu
"Avropa Bosniyada öldü, Suriyada torpağa basdırıldı"
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

115
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

115
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş
Tibb işçidi dərman göstərir, arxiv şəkli

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

312
(Yenilənib 23:40 06.08.2020)
Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər

BAKI, 6 avqust — Sputnik. Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusu dəf etməyə və ya fəsadlarını aradan qaldırmağa kömək edən dərmana patent alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, dərmanın adı “Leytragin”dir (Лейтрагин).

"Rusiya FTBA COVID-19-a qarşı preparatı patentləşdirdi. Bu praktik tibbə daxil olan, delta-opioid reseptorlarının dünyada ilk və hələlik yeganə aqonistidir", - agentliyin məlumatında deyilir. 

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı "dalargin" olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir. Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran "sitokin hücumunun" - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər. Məsələn, avqustun 2-də Rusiyanın “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırdığını bəyan edib. Mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar.
Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

312
Teqlər:
Rusiya, dərman, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır
Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Ev şəraitində müalicə alanlar, tövsiyəyə əməl edin