Türkiyənin turizm cənnətində güclü fırtına, onlarla xəsarət alan var

© Sputnik / Irade CELILAntalya
Antalya - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin turizm cənnəti sayılan Antalya təbii fəlakətlə üz-üzə qaldı

BAKI, 15 noyabr — Sputnik. Türkiyədə güclü fırtına baş verib. Sputnik Azərbaycan xəbər verir ki, Antalyadakı güclü fırtına nəticəsində onlarla adam xəsarət alıb.

Güclü külək evlərin damını uçurub, ağacları sındırıb və sahildə olan bir çox binaların divarlarını uçurub. Nəticədə, 38 nəfərdən çox adam xəsarət alıb. 3 nəfərin vəziyyəti ağırdır.

Dolu və güclü yağıntı Antalyanın Finike, Kaş, Dəmrə, Qumluca və Kəmər bölgələrində əkin sahələrinə, istixanalara və avtomobillərə zərər verib. Bölgədə elektrik enerjisinin verilməsi dayandırılıb.

Xəbər lenti
0